Evin ağırlıq və neqativ enerjidən təmizlənməsi üçün – SADƏ VƏ EFFEKTİV

  • 27 Aprel, 2019
  • 46266 Baxış
Evin ağırlıq və neqativ enerjidən təmizlənməsi üçün – SADƏ VƏ EFFEKTİV
Yaşadığınız ev, işlədiyiniz yer zamanla orda yaşayanların keçirdiyi neqativ emosiyalardan,baş verən hadisələrdən çirklənərək, ab-havası ağırlaşır. Ev özü də daxildən və xaricdən bəzi enerjiləri özünə çəkərək, neqativlə yüklənə bilər.

Bəzən bir evdə, otaqda özümüzü yaxşı hiss edər, başqa bir evdə isə sıxılaraq, narahat olar, oranı tez tərk etmək istəyərik.

Medicina.az bildirir ki, əgər ev və ya iş yerinizdə daimi stress, səbəbsiz gərginlik, baş ağrısı, sağlamlığınızla bağlı əsassız şikayətlər, yuxusuzluq, yuxuda kabus kimi hallar yaşayırsızsa, o zaman evin neqativdən təmizlənməsi üçün bu metodu sınaya bilərsiz.

Sizə lazımdır:

Dəniz duzu ( apteklərdə satılır ) 2 xörək qaşığı
9%-li sirkə - 1 xörək qaşığı
Çiy su – 250 ml

Dəniz duzunu stəkana töküb, üzərinə suyu alın. 1-2 dəqiqə həll olduqdan sonra, sirkənbi əlavə edin. 
Bu suyu elə stəkanla ən çox neqativ hiss etdiyiniz otağa qoyun və toxunmayın.

Stəkan otaqda 24 saat qalmalıdır. 1 gün sonra baxın, əgər stəkandakı su şəffafdırsa, təmizdirsə, deməli, elə də güclü neqativ yoxdur. Suyun rəngi çox bulanıq, tünd, xoşagəlməzdirsə, deməli, neqativ var. Stəkandakı suyu unitaza boşaldıb, stəkanı yuyun. Və bu proseduru 1 həftə hər gün davam edin.
 
Hər sutka üçün yeni su düzəldin. Ta ki, su şəffaf, təmiz qalana kimi davam edin.