14 barmaqlı uşaq əməliyyat olundu

  • 2019.05.25 12:16
  • 7167 Baxış
14 barmaqlı uşaq əməliyyat olundu
  Çində cərrahlar 14 barmaqla doğulan qızın əllərini əməliyyat edərək normal vəziyyətinə qaytarıblar.   Bu barədə Medicina.az məşhur "Daily Mail" dərgisinə istinadən xəbər verir.
  Belə ki, 3 yaşlı balaca qızın hər əlində əlavə barmaqlar olub. O, bir-birindən kəskin şəkildə fərqlənən barmaqlardan uğurlu cərrahiyyə yolu ilə

 xilas olub.

 

Həkimlər bildirib ki, " iki sol barmaq bir yerdə bitişik idi. Sağ barmaqlar isə baş barmaqdan çıxmışdılar".

 

Valideynlərinin sözlərinə görə, bu onlara irsən keçib və artıq 5 nəsil boyunca davam edib.

 

 

Əməliyyat Lyaonin əyalətinin Şenyan Tibb Kollecində aparılıb.

 

Cərrah Çjan Tse bildirib ki, bu əməliyyat heç də
asan keçməyib: "Əməliyyatın mürəkkəbliyi onda idi ki, hansı barmağı kəsib, hansını saxlamağa qərar vermək çox çətin idi”. Əməliyyatdan sonra qızcığaz estetik baxımından gözəl əllərə qovuşub.