Bir dəri xəstəliyi həyatını cəhənnəmə döndərdi– İnsanı daşa çevirən yam-yam

  • 2019.05.31 11:16
  • 7683 Baxış
Bir dəri xəstəliyi həyatını cəhənnəmə döndərdi–  İnsanı daşa çevirən yam-yam
Sklerodermiya -dəri və bədənin digər orqanlarına təsir göstərən nadir xəstəlikdir. Dəriyə bərklik və elastiklik qazandıran proteinin çox ifrazından yaranan qatılıq və bükülməzlikdir. Bu xəstəlik adi dəri tutulmasından orqan tutulmasına qədər gedib çıxa bilir. Medicina.az bu nadir rastlanan xəstəlik haqqında yazını təqdim edir. 


Bədənin immunitet sistemindəki anormallıqdan dolayı yaranan bu xəstəlik uzun müddət səssiz inkişaf edə, bəzən isə tez bir zamanda özünü göstərə bilər. Tibb dilində "Qatı dəri xəstəliyi” adlanan skleroderma xalq dilində "Yamyam xəstəliyi”, ya da "İnsanı daşa çevirən” xəstəlik kimi tanınır. Xəstəlik zamanı hüceyrələr öz toxumasına hücum edib əzələ toxuması və hüceyrələri yeyir. 


Endryu Shilliday adlı kişi dərisində qabıqlama əlamətlərinə görə xəstəxanaya müraciət edir. Ona Scleroderma diaqnozu qopyulur. Zaman keçdikdə əl və ayaqlarında qaralma müşahidə edilir. Bu durumun az qala ölümə aparan qanqrena olduğu bildikdən dərhal sonra həmin nayihələr kəsilir. 


Mütəxəssislər bu xəstəliyin əlamətlərinə qarşı diqqətli olmağa çağırır. Skleroderma dəri qalınlaşması və gərginliyidir. Təkcə dəriyə deyil, ağciyər, ürək və qan damarları, qida borusu, mədə, böyrək, bağırsaqlara da mənfi təsir edir.


İngilis qəzeti "Daily Mail”-də yayılan xəbərə görə bu pasiyent, həyatını alt-üst edən bu vəziyyətə görə 8 ay xəstəxanada qalıb. 

Əl və ayaq əzaları kəsildikdən sonra iş qabiliyyətini bərpa etmək üçün xeyli çətinlik çəkib. Xəstəliyi barəsində açıqlama verən Shilliday deyib ki, orqanlarımda qaralma görüldükdən sonra vəziyyətin ciddiyətinin fərqinə vardım. "Tuluq zurnası ifaçısıyam, musiqi dərləri keçirəm, bu istəyimin qarşısına heç nə keçə bilmir.


Çətin də olsa yenidən yeriməyi öyrəndim. Bu musiqi alətinə olan sevgim məni əvvəlki həyatıma qaytardı. 


Hər 2 min insandan birində rast gəlinən xəstəlik qadınlarsa kişilərə nisbətən 8 dəfə çox görülür. Əkizlərdə və autotoimmun əzələ toxuması xəstəsi olan ailə üzvlərində yaranma sıxlığı daha yüksəkdir. 


Daha çox 30-50 yaş arası insanlarda görülən xəstəlik uşaqlara da təsir edir. Özünə yaxşı baxan, yaxşı qidalanan insanlarda xəstəliyin görülmə nisbəti daha azdır. Xəstəlik nadir halda da olsa ölümə səbəb olur.

 

 


Bir dəri xəstəliyi həyatını cəhənnəmə döndərdi–  İnsanı daşa çevirən yam-yam
Bir dəri xəstəliyi həyatını cəhənnəmə döndərdi–  İnsanı daşa çevirən yam-yam
Bir dəri xəstəliyi həyatını cəhənnəmə döndərdi–  İnsanı daşa çevirən yam-yam