Dünyada nadir əməliyyat Azərbaycanda olundu – 10 yaşlı uşaqda Hirschsprung

  • 2019.08.21 18:07
  • 16914 Baxış
Dünyada nadir əməliyyat Azərbaycanda olundu –  10 yaşlı uşaqda Hirschsprung
Hirschsprung xəstəliyi doğuşdan bağırsağın bir hissəsində sinir hüceyrələrinin olmamasıdır. Normalda ana bətnindəykən sinir hüceyrələri ağızdan başlayaraq anusa qədər yuxarıdan aşağı köç edir. Xəstəlik zamanı bu köç bir hissədə qalır, daha aşağıya doğru çatmır. Dolayısı ilə müəyyən bir bağırsaq segmentindən daha aşağı anusa doğru sinir hüceyrələri olmur. Ən çox düz bağırsaq və sigmoid bağırsağı tutan tipi rastlanır. Müalicəsi cərrahi yolla olan bu problemdə, ilk öncə düz bağırsaqdan biopsiya alınaraq, sinirin olmadığı aşkarlandıqdan sonra təyin edilir.


Adətən yenidoğulmuş dövrdən etibarən nəcis ifrazında problem olduğu üçün uşağın həyatının ilk 1 ilində diaqnozu qoyularaq müdaxilə olunsa da, bəzən irəli yaşlara qədər qəbizlik adı ilə müalicə olunaraq gecikə bilir. Keçmişdə 3 etaplı ve qarın boşluğu açılaraq əməliyat olunan bu xəstəlik indi  modern dövrdə tək etaplı və qarını açmadan əməliyyat aparılır. Tək etaplı əməliyyatda qarın açılmadan anus dəliyindən girilərək, düz bağırsağın selikli qişası, ardından bütün sinir olmayan bağırsaq anusdan xaric edilərək çıxarılır və sinirin olduğu bağırsaq histoloji olaraq təsdiqlənərək anus selikli qişasına tikilir. 


Transanal Endorektal Pull Through- TERP –Tək etaplı  əməliyyat texniki olaraq çətin olsa da ilk 3 yaşa qədər hər zaman seçimimizdir. Üstünlükləri həddən artıq çoxdur, çünkü qarından icra olunan Duhamel əməliyyatında rezidiv qalması, nəcis qaçırması, sonsuzluq, bağırsaq bitişmə keçməməzliyi kimi çox ciddi problemler yarana bilir. Üstelik TERP əməliyyatında əməliyyat sonrası kəsik yeri anus içərisində olduğu üçün görülmədiyi kimi, fizioliji olaraq da fərqlənməyəcək şəkildədir. 


Medicina.az xəbər verir ki, Baku Medikal Plazanın  uzman uşaq cərrahı dr. Aqil Abilov 10 yaşında oğlan üzərində bu əməliyyatı icra etmişdir. Həkim cərrah bildirib ki, xəstə doğuşdan bəri qəbizlik, ara-ara qarın köpmələri ve bir neçə dəfə enterokolit səbəbi ilə araşdırıldığında hirschsprung diaqnozu təsdiqləndi.

 

Əməliyyat olaraq bu yaşda tək etaplı TERP əməliyatı texniki olaraq icrası imkansıza yaxındır, ama imkansız deyildir. Çünkü dünyada olunmuş xəstələr mövcuddur. Xəstədə dalaq səviyyesinə qədər sinirsiz bağırsaq olması, yəni çıxarılması lazım olan hissənin uzun (50-60 cm) olması işi daha da çətinləşdirdi. Daha öncədən maksimum 6-7 yaşında bu əməliyyatı icra etsək də, 10 yaşında ilk icramız oldu. Əməliyyatta çətinliklərə baxmayaraq tek etaplı ve sadəcə anusden girilərək toplamda 60 sm sinirsiz bağırsaq çıxarıldı və müvəffəqiyyətlə yekunlaşdı.

 

Beləliklə bildiyimiz qədəriylə ölkəmizdə ve elmi meqalələrə əsasən bütün Türk ölkələrində ilk dəfə bu yaşda Hirshcsprung xəstəliyində qarına girilmədən TERP əməliyatı icra olundu. Dünyada isə 7 yaş üzərində bu əməliyyatın qarına girilmədən olunması çox böyük mərkəzlərdə bələ az saydadır.

 

Bu məlumatı verməkdə məqsədim, Azerbaycanda dünyada nadir oluna biləcək əməliyyatların artıq icra oluna bildiyini göstərməkdir. Belə böyük həcimli əməliyatlar üçün komanda işi çox əhəmiyyətlidir. Komandalar qurulduğu təqdirdə ölkemizdə yetəri qədər ixtisaslaşmış mütəxəssislərin olduğuna, sadəcə birliyin yetəri qədər olmadığına inanıram. Bu birlik təmin olunarsa, dünyada seçilən tibb mərkəzləri yarada bilərik.

 

 






Dünyada nadir əməliyyat Azərbaycanda olundu –  10 yaşlı uşaqda Hirschsprung