Hərəkət edəndə ağrıyırsınız? - Artroz və müalicəsi-VİDEO

  • 2019.08.26 16:59
  • 10393 Baxış
Hərəkət edəndə ağrıyırsınız? -  Artroz və müalicəsi-VİDEO
Hərəkət zamanı oynaqlarınızda ağrı var? Yeriyərkən xırçıltı hiss edirsiz? Xırçıltı aydın eşidilirsə, bu, adətən, xəstəliyin  2-ci, 3-cü mərhələdə olduğunu göstərir. Bunlar əlilliyə gətirən artroz xəstəliyinin əlamətləri ola bilər.

 

Medicina.az xəstəliyin səbəbləri, gedişatı və fərqli Bioloji metodlarla müalicəsi barədə məlumatı təqdim edir. 


Аrtroz - dayaq-hərəkət aparatının ən çox yayılmış patologiyasıdır.

Statistik göstəricilərə əsasən, dünya əhalisinin 80% -i bu və ya digər dərəcədə artrozdan əziyyət çəkir. Bu xəstəlik oynağın tədricən dağılması, həmçinin, oynaqətrafı nahiyədə arzuolunmaz proseslərin getməsi, oynaq qığırdağının degenerativ-distrofik dəyişiklikləri ilə xarakterizə olunur. 


Müalicəsiz qalmış xəstəliyin nəticəsi – insanın əlil olmasıdır. Bu səbəbdən zamanında alınmış düzgün müalicə çox vacibdir. Xəstəliyin əsas səbəbi mübadilə proseslərinin pozulmasıdır. Bununla yanaşı, travma, anadangəlmə inkişaf qüsurları, oynaqların iltihabi xəstəlikləri, oynaqların həddən artıq yüklənməsi, artıq çəki də xəstəliyin əmələ gəlməsində müəyyən rol oynayır.

 

Artroz ağrı, çox hərəkət zamanı ağrıların artması və hərəkət məhdudluğu ilə təzahür edir. Simptomlar tədricən artır, lakin xəstəliyin inkişaf sürəti müxtəlif ola bilər.  Yaş artdıqca xəstəliyin yaranma və inkişaf ehtimalı da yüksəlir.  


Artrozun 4 əsas simptomu var: 


1. Ağrı: birinci mərhələdə zədəli oynaqlarda hərəkət zamanı ağrı (xəstəliyin lap əvvəlində çox da nəzərə çarpmır ki, bu da xəstəliyi diqqətdən yayındırır), ikinci mərhələdə ağrı oynaqlara cüzi yüklənmə zamanı yaranır, üçüncüdə isə- hətta, sakit vəziyyətdə belə ağrı ola bilər.


2. Quru və sərt xırçıltı artrozu sübut edən əlamətlərdən biridir, o, oynaq səthinin sürtünməsi nəticəsində əmələ gəlir. 2-ci, 3-cü mərhələlərdə artıq xırçıltı aydın eşidilir.


3. Oynaqda hərəkətin məhdudlaşması. Xəstəliyin ilk dövrlərində oynaqda hərəkət məhdudiyyəti zəif olur, xəstəlik dərinləşdikcə məhdudiyyət artır. 


4. Oynağın deformasiyası. 

 


 


Artroza diaqnoz qoymaq üçün bir sıra laborator və instrumental müayinə-lərdən istifadə edilir: MRT, Rentgen, qanın ümumi analizi və s.


Müalicə


Bioloji Təbabət klinikasında artrozun biotənzimləyici müalicəsində hər bir xəstəyə fərdi yanaşılır, xəstəliyin inkişafının əsasında duran səbəblər aradan qaldırılır və oynaqların bərpasına yönələn müalicə aparılır.


Ağrı sindromu və iltihabi proseslərin azaldılması ilə yanaşı, müalicə həm də metabolik və mikrosirkulyator pozulmaların, immun sisteminin disfunksi-yasının aradan qaldırılması və qığırdaq toxumasının dağılmasına səbəb olan prolin-hidroksiprolin mübadiləsi pozulmasının müalicəsinə yönəlir. 


Müalicə həm sistemli, həm də lokal aparılır. Biotənzimləyici terapiyada istifadə olunan preparatlar insan orqanizminin özünütənzimləmə qabiliy-yətinin bərpasına yönəlmişdir.

 

Bu məqsədlə Almaniya istehsalı olan təbii tərkibli preparatlardan istifadə edilir. Bu preparatlar nanodozalarda olduğundan yaxşı mənimsənilir, tərkibləri zəngin, çoxhədəfli olduğu üçün xəstəliyə etiopatogenetik təsir göstərir. Heç bir əlavə təsiri, əks göstərişi, kəsilmə sindromu olmadığı üçün xəstələrdə  bu preparatları tam sağalana kimi tətbiq etmək mümkündür. 


Artrozun müalicəsi artroloq və ya revmatoloq tərəfindən aparılır.  Müalicə zamanı digər mütəxəssislərin də köməyinə ehtiyac olur: dietoloq, fizioterapevt, osteopat, reabilitoloq.





BİOLOJİ TƏBABƏT KLİNİKASI

Bakı: 3 mkr., Pişəvəri küç. 110 (Cavadxan küç 24), M. Əcəmi m.st yaxınlığında

Tel: (012) / (050) (055) / (070) 430 89 89

www.btk.az

www.facebook.com/bioloji.tababat/

www.instagram.com/bioloji.tebabet/

Hərəkət edəndə ağrıyırsınız? -  Artroz və müalicəsi-VİDEO