Kişilər orqanizmlərində baş verən bu dəyişikliklərə diqqət etsin- SİYAHI

  • 2019.10.01 17:51
  • 11909 Baxış
Kişilər orqanizmlərində baş verən bu dəyişikliklərə diqqət etsin-  SİYAHI
Xərçəng xəstəliyinin əlamətləri müxtəlif ola bilər. Bu əlamətləri vaxtında təyin etmək xəstəliyin təhlükə riskini azalda bilər.


Kişilərdə rast gəlinən xərçəng əlamətləri:


Testislərdə dəyişikliklər Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal urologiya mütəxəssisi ilə görüşmək lazımdır.


Tez-tez sidiyə çıxma Bu, xüsusilə 50 yaşdan yuxarı kişilərdə rast gəlinən prostat xərçənginin əlaməti ola bilər. Həkimlər 50 yaşından sonra kişilərə tez-tez prostat vəzlərini müayinə etdirməyi tövsiyə edir.


Nəcisdə qan görülməsi Nəcisdə qan görülməsinin bir çox fərqli səbəbi ola bilər: babasil, sidik yolu infeksiyası, bağırsaq, həmçinin böyrək xərçənginin ilkin əlamətlərinə daxil edir.


Səbəbsiz ağrı və yorğunluq Xərçəngin tez-tez görülən əlamətlərindən biri də səbəbsiz yaranmış ağrı və yorğunluqdur. Bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə gedin.


Ağız yaraları Siqaret və tütün istifadə edən insanların ağız xərçənginə yaxalanma riski olduqca çoxdur. Ağız içinizdə, dodaqlarda tez-tez qırmızı və ya ağ ləkələr əmələ gəlirsə, bu, ağız xərçənginə işarə edə bilər.


Limfada şişkinlik Boyun, qoltuqaltı və ya digər nahiyələrdə yerləşən limfa vəzilərində səbəbsiz şişlərin əmələ gəlməsi də xərçəng simptonlarına daxildir.


Çətin udmaq Yemək yeyərkən udmağa çətinlik çəkirsinizsə, eyni zamanda qusma və çəki itkisi kimi əlamətlər varsa, həkim nəzarətindən keçin.


Digər əlamətlər - Mədə yanması - Hərarət - Sinədə dəyişikliklər - Səbəbsiz və ani çəki itkisi - Öskürək - Dəridə dəyişikliklər