Səhiyyə Nazirliyi: Abşeronda bıçaqlanan hamilə qadının vəziyyəti ağırdır

  • 2019.05.17 11:33
  • 11518 Baxış
Səhiyyə Nazirliyi: Abşeronda bıçaqlanan hamilə qadının vəziyyəti ağırdır
Abşeron rayonunun Fatmayi qəsəbəsində 9 aylıq hamilə qadın bıcaq xəsarətləri alıb. Medicina.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, mayın 16-da Atababayeva Səbinə Ağasəf qızı bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə çatdırılıb: "Qadın 9 aylıq hamilə olub. Uşaq bətndə bıçaq xəsarətlərindən dünyasını dəyişib. Qadının isə vəziyyəti ağırdır".