Santexnik özünü ginekoloq kimi qələmə verdi - Pasiyentlər razı qalıb

  • 2018.01.31 17:18
  • 19709 Baxış
Santexnik özünü ginekoloq kimi qələmə verdi -  Pasiyentlər razı qalıb
Sverdlovsk vilayətinin xəstəxanalarının birində qalmaqal baş verib.


Medicina.az xəbər verir ki, 31 yaşlı santexnik kişi tibbi personalla oyun oynamaq qərarına gəlib. O, xalat geyinib, 2 gün ərzində ginekoloq kimi pasiyentləri qəbul edib. 


Baş həkim TV-lərdən birinə verdiyi açıqlamada deyib ki, kişi bir müddət xəstəxanada palatada yatıb, müalicə alıb: "Xəstəxananı və həkimləri yaxşı tanıyır. O, həkimçilik oynamaq qərarına gəlib. Özünü elə əmin, rahat aparıb ki, həkimlər yeni ginekoloqun gəldiyini düşünüb”.


Kamera görüntülərində "yalançı həkim”in rahatca gəzməsi, həkimlərlə söhbət etməsi, kabinetə girib-çıxması izlənilir. Nə pasiyentlər, nə tibbi personal ondan şübhələnməyib. Maraqlısı odur ki, 2 gün ərzində santexnik pasiyentləri ginekoloq kimi qəbul edib və heç bir pasiyent ondan şikayət etməyib. 


Xəstəxana rəhbərliyi "saxta həkim”i tutanda, məlum olub ki, o əvvəllər məhkum olub. Hazırda polis məsələni araşdırır.