Kişinin ağciyərindən 170 metastaz çıxarıldı

  • 2024.03.27 15:08
  • 2539 Baxış
Kişinin ağciyərindən 170 metastaz çıxarıldı

Sankt-Peterburq cərrahları dünya rekorduna imza atıblar.


“Medicina” xəbər verir ki, 35 yaşlı osteosarkoma xəstəsinin ağciyərində çoxsaylı metastazlar aşkarlanıb.


2 il öncə sümük xərçənginə görə əməliyyat olunan kişi Almaniyada kimyaterapiya alıb.


Orda yeni ocaqların yaranmasının qarşısı alınsa da, alman cərrahları ağciyərdəki metastazların bir əməliyyatla ləğvini etməyiblər.

Onlar bir əməliyyatda 15-dən artıq ocaq götürmürlər.

Xəstə naümid halda Rusiyaya qayıdır və Sankt –Peterburqda cərrahlar 6 əməliyyata 170 metaztazı götürüblər.

“Ağciyər payından 30-40 metaztazın çıxarılması özlüyündə orqanizm üçün ağır travmadır, bərpa üçün vaxt vermək lazımdır.

Ona görə bu xəstədə 6 əməliyyata ehtiyac oldu.

Proqnozlarımız müsbətdir, o tam normal həyatına davam edəcək”.

Aygün Musayeva