BölmələrRU
Xidmətlər
 

Tibb işçisi 23 qadını zorladı - Əvvəlcə sakitləşdirici verirmiş, sonra isə...

Almaniyada tibb işçisi 7 il ərzində çalışdığı klinikada xəstələri zorlayıb.

Medicina.az Almaniya KİV-lərinə istinadən xəbər verir ki, 41 yaşlı Sven E. cinayətləri 2009-2016-cı illərdə törədib. 

Məlumata görə, o, xəstələri tədqiqat məqsədilə sakitləşdirici dərman atmalı olduqlarına inandırıb. Sakitləşdirici qəbul edən pasiyentlər isə cinsi istismara məruz qalıb.

Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqdan sonra tibb işçisi həbs olunub. O, çıxarıldığı məhkəmədə cinayətlərini etiraf edib. Sven E. 10 il müddətinə azadlıqdan məhrum edilib.