Xeyirli olduğu qədər də ləzzətli itburnu çayı – İndi tam mövsümüdür

  • 2018.12.08 22:08
  • 18732 Baxış
Xeyirli olduğu qədər də ləzzətli itburnu çayı –  İndi tam mövsümüdür
Payız fəsli qrip xəstəliyinin mövsümüdür desək yanılmarıq. Bu fəsildə havanın temperaturunun tez-tez dəyişməsi, havanın yağmurlu və küləkli olması immuniteti zəif olan insanların səhhətlərində bir sıra problemlərə yol açır. Belə vaxtlarda viruslara yoluxmamaq üçün ən yaxşı yol immunitetin yüksəldilməsidir.

 

Belə olduqda orqanizm özü xəstəliktörədən mikroblara qarşı mübarizə aparır.  İmmunitetin artırılması üçün isə ən yaxşı yol təbii vasitələrdi. 


Medicina.az sizə immunitetinizi artıracaq itburnu içkisinin reseptlərini təqdim edir:  


Payız aylarının ən yaxşı qoruyucu və müalicəvi vasitələrindən biri itburnu içkisi hesab edilər bilər. O, hələ lap qədimlərdən xalq təbabətində dərman bitkisi kimi məlumdur. Meyvələrindən, çiçək ləçəklərindən hazırlanan dəmləmələr yalnız bədənin qüvvətlənməsində deyil, həmçinin, bir sıra digər xəstəliklər zamanı da tətbiq edilir. Bu xəstəliklərə böyrək duzu, sidik yollarının iltihabı, oynaq ağrıları, avitaminoz, maddələr mübadiləsinin pozulması, arterial təzyiq və bir çox qan-damar xəstəlikləri aiddir. İtburnu bitkisindən arıqlamaq məqsədilə də geniş istifadə edilir. 


İtburnudan müxtəlif bitkilərlə birlikdə çay dəmləməsi şəkilində istifadə etmək daha məqsədə uyğundur: 


1) Zəncəfilli, ballı itburnu çayıZəncəfil kökünü doğrayaraq üzərinə qaynar su əlavə edin. Başqa bir qabda 4-5 x/q itburnu giləmeyvəsinin üzərinə qaynar su əlavə edin.   Hər iki dəmləməni 5-6 saat saxlayın. Yaxşı olar ki, gecədən səhərə qədər saxlayasınız. Daha sonra hər iki mayeni qarışdıraraq üzərinə 3 x/q bal əlavə edin. 


2) Bir ovuc itburnu giləmeyvəsi, 1 x/q nanə və 1 x/q əməköməci yarpaqlarını yarım litr (temperaturu 70-80 dərəcəni keçməyən) qaynar suda dəmləyin. Məhlulu 2 saat ağzı bağlı şəkildə saxlayın. Soyuduqdan sonra isə 2-3 x/q bal əlavə edin. 


Hər iki içkini gün ərzində 4-5 fincan qəbul edə bilərsiniz.