Yüzlərlə xəstəyə yeni orqan köçürən transplantoloqun ad günüdür -Mircəlal Kazımi kimdir?

  • 2020.04.07 13:53
  • 9982 Baxış
Yüzlərlə xəstəyə yeni orqan köçürən transplantoloqun ad günüdür - Mircəlal  Kazımi kimdir?

Ümumi cərrah-transplantoloq, Azərbaycanda və Qafqazda ilk qaraciyər transplantologiyasını icra etməyə nail olmuş Mircəlal Kazımi 1977-ci ilin 7 aprel tarixində Bakı şəhərində doğulub.


1983-cü ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində 2 saylı dəmir yolu orta məktəbini bitirmişdir. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olmuşdur.

2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirərək Musa Nağıyev adına TTYX-da ümumi cərrahiyyə ixtisası almaq üçün internaturaya qəbul olmuşdur. 2001-ci ildə internaturanı həkim-cərrah olaraq bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Cərrahi Xəstəliklər kafedrasında baş laborant olaraq işləyib.

2004-2009-cu illərdə Türkiyə Cumhuriyyətinin İzmir şəhərində Egey Universiteti, ümumi cərrahiyyə və Orqan Transplantasiyası kafedrasında təhsilini alıb. 2007-2009-cu illərdə Egey Universiteti Orqan Transplantasiyası mərkəzində böyrək, mədəaltı vəzi, qaraciyər transplantasiyası bölməsində ixtisasını artırmışdır. 2008-ci ilin oktyabr ayında Mərkəzi Neftçilər xəstəxanasına dəvət olunmuşdur.

12 dekabr 2008-ci ildə Azərbaycan Respublikası və Qafqazda ilk dəfə olaraq qaraciyər transplantasiyasını icra edib.

2009-2010-cu ildə həkim və otra tibb işçilərini İzmir şəhərindəki KENT xəstəxamasına ixtisas artırma kursuna aparmışdır. Doktor Mircəlal Kazımi və komandası 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında ilk böyrək transplantasiyasını həyata keçirtdi. 2012-ci ildə Asan Medical Center-da canlı donorlu qaraciyər transplantasiyası və hepato-biliyar cərrahiyyə proqramı üzrə kursda olmuşdur. Fəaliyyətinə görə ARDNŞ-ın fəxri fərmanına, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nin səhiyyə əlaçısı doş nişanı ilə təltif olunub. Ailəlidir. Bir övladı var.

Səhiyyə əlaçısı Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Tibb üzrə fəlsəfə doktorudur.

Hazırda Mərkəzi Gömrük Hospitalı, Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəhbəridir.

Şəxsi təcrübəsində yüzlərdə qaraciyər və böyrək köçürməsi əməliyyatı keçirmişdir.

Eləcə də Mircəlal Kazımi Azərbaycanda ilk və dünya səhiyyəsində nadir hesab olunan əməliyyatla da tibb tarixinə düşüb.

Belə ki, 5 yaşlı uşaq üzərində eyni anda həm ürək, həm də qaraciyər köçürülməsi icra olunub.
Kazımi bu əməliyyatı kardiocərrah Rəşad Mahmudovla birgə iştirak edib.

Medicina.az dəyərli cərrahımızı ad günü münasibətilə təbrik edir, ona yeni-yeni uğurlu işlər, yeni yaşında müvəfəqqitlər arzu edir.