Autizm spektruma yanaşmasında Azərbaycanda uğurlar – İnteqrativ tibbin rolu

  • 2026.04.01 09:52
  • 998 Baxış
Autizm spektruma yanaşmasında Azərbaycanda uğurlar –  İnteqrativ tibbin rolu

*Autizm spektr pozuntusu və uşaq sağlamlığının izlənməsi*

Psixi inkişaf ləngiməsi və autizm spektr pozuntusu uşaq sağlamlığında xroniki problemlərdən sayılır. Belə uşaqları ilk olaraq pediatr təyin edir. Normal şəraitdə, əgər uşağın pediatrik rutin izləmələri düzgün aparılırsa, genetik qüsur istisna olmaqla, sağlamlıq problemləri yaranmamalı, inkişaf ləngiməsi müşahidə edilməməlidir. Bu uşaqlar həyat boyu nevroloji və psixoloji çətinliklərlə qarşılaşmaya bilərlər.

Ancaq, uşağın rutin kontrollarına baxmayaraq inkişaf ləngiməsi (fiziki və ya zehni) müəyyən olunursa, o zaman müvafiq mütəxəssisə yönləndirilməlidir. Pediatrik izləmə sistemi aşağıdakı kimi aparılmalıdır: uşağın boyu, çəkisi və baş çevrəsi ilə yanaşı, vitamin və mineral səviyyəsi, metabolizması, immun və qastroenteroloji sistemi də müəyyən zaman aralıqları ilə monitorinq edilir. Bu yanaşma yalnız xəstə uşaq üçün deyil, gələcəkdə sağlam uşaqların sağlamlığının qorunması və cütlüklərin maarifləndirilməsi məqsədini dəşıyır.


*İntegrativ və funksional yanaşma ilə uşaq xəstəliklərinin müalicəsi*

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi uşaqlara həm kəskin, həm də xroniki xəstəliklərdə integrativ və funksional yanaşma ilə yüksək uğur göstərir.

Xroniki xəstəliklər dedikdə, aşağıdakılar nəzərdə tutulur:

-Bağırsaq problemləri (qəbizlik, ishal, nəcisdə qan, parazit, göbələk)
-Allergiya və astma
-Sədəf və revmatizmal xəstəliklər
-Epilepsiya və xroniki neyroiltihab
-Tez-tez təkrarlayan infeksiyalar (xroniki otit, tonzillit)
-Xroniki neyrometabolik xəstəliklər (autizm spektr pozuntusu) və s.

Dünyada müalicəsi az uğurlu və ya hətta “mümkün olmayan” hesab edilən autizm spektr xəstəliklərinə İntegrativ Tibb yanaşması ilə ölkəmizdə və beynəlxalq səviyyədə uğurlar əldə olunur.

*İntegrativ tibb və autizm: Beyin fərqliliyindən metabolik və immunoloji yanaşmaya*

Autizmin bioloji və metabolik köklərini araşdıran elm integrativ tibbdır. Bu yanaşmada həkimlər fərqli düşüncə və metodlarla fərqli nəticələr əldə edirlər.
Amerikalı tədqiqatçı Dr. Dan Rossignol, Medical Academy of Pediatric Special Needs (MAPS) təşkilatının prezidenti olaraq, autizmi yalnız “beyin fərqliliyi” kimi deyil, bədəndəki iltihab, bağırsaq problemləri və toksinlərin nəticəsi kimi qiymətləndirir. O, dərmanla simptomları yatırtmaq əvəzinə, uşağın metabolik və immunoloji problemlərini tapıb bərpa etməyə fokuslanır.
Uzm. Dr. Lalə Nəsirova isə Azərbaycanda bu akademiyanın (MAPS) standartlarına əsaslanaraq eyni metodları tətbiq edir. Hər uşağın genetik və laborator analizlərinə uyğun fərdi pəhriz, vitamin və detoks proqramları tətbiq olunur. Qısacası, Dr. Lalə Nəsirova integrativ tibbin autizm sahəsində dünyada tanınmış liderlərinin metodlarını Azərbaycanda uğurla tətbiq edən əsas mütəxəssislərdəndir.