Melissa - arıların sevimli bitkisi – İnsanı xoşbəxt edir

  • 2019.03.06 20:53
  • 14675 Baxış
Melissa - arıların sevimli bitkisi –  İnsanı xoşbəxt edir
Melissa yunan dilində arı deməkdir. Bu bitki arıları öz ətri ilə cəlb etdiyindən adı da arı qoyulub. Melissa balı çox ətirli və faydalı olur. 

Medicina.az xəbər verir ki, melissa bioloji aktiv maddələr və vitaminlərlə zəngin olub insan orqanizmi üçün çox faydalıdır.


-Zəhərlənmə, bağırsaq pozulmalarında  faydalıdır. 

-Qanaxmanı saxlayır

-Antibakterial və iltihab əleyhinə təsir edir

-Mikrob əleyhinədir

-Spazmaqolikdir


Əsəbin ən güclü dərmanıdır


Bu bitki qədimdən sakitləşdirici kimi tanınıb. İnsanı rahatladır, hormonları düzəldir, depressiyaya, stresə qarşıdır. 

Bir çox psixoloji təsirləri azaldır

Yaddaşı möhkəmlədir

Ürəkdə taxikardiyanı götürür, 


Qadın otu hesab olunur


Qadınların baş bəlası olan menstrual öncəsi sindrom, ağrılar və hormonal disbalansı melissa əla tənzimləyir. Müntəzəm istifadə etdikdə qadının sinir sistemi sakit olur. Melissa məşhur sakitləşdirici dərmanların hamısının tərkibində var. 

Qadın orqanizminə cavanlaşdırıcı təsir göstərir. Yuxunu dərinləşdirir. 


Melissanın dəmləməsini, çayını içə bilərsiz.

Ondan vanna və kompresslər etmək olur. 

Ağız yaralarında qarqara edilir. 

Eləcə də qaynar suda dəmləməsini hazırlayın. 

 


Melissa - arıların sevimli bitkisi –  İnsanı xoşbəxt edir