25 yaşlı təcili yardım işçisi koronavirusdan öldü

  • 29 Okt 2020 16:51
  • 18813 Baxış
25 yaşlı təcili yardım işçisi koronavirusdan öldü

İskutsk vilayətinin təcili yardım stansiyasının gənc feldşeri Tanara Kojevnikova koronavirusdan vəfat edib.

Medicina.az xəbər verir ki, heç bir xroniki xəstəliyi olmayan Tamara yaz aylarından gecə-gündüz bilmədən koronavirus xəstələri ilə məşğul olurdu. O, hər xəstənin harayına yetirdi.

“Hətta xəstəxanada xəstə halda yatanda da o başqa xəstələrin yanına qaçırdı” – deyə bacısı danışır.

Yuxusuz gecələr, normal yeməmək onun orqanizmini tükətdi. Birinci dalğada o yoluxmadı, heç vaxt şikayətlənmirdi.

Amma ikinci dalğada zəif idi, ona görə gücü yetmədi. Oktyabrın ortasından yoluxmuşdu, yatdığı xəstəxanada vəziyyəti
düzəlmədi, onu mərkəzi xəstəxanaya köçürdülər, amma artıq gec idi. Heç bilmədik bacımın ağciyərləri nə vəziyyətdə idi. Çünki KT olunmağa imkan olmadı. Hər şey sürətlə baş verdi”.