Ağır pnevmoniyaları kökündən sağaldan Kvant terapiyası – Azərbaycanlı həkimdən möcüzə metod

  • 2020.07.27 17:59
  • 19719 Baxış
Ağır pnevmoniyaları kökündən sağaldan Kvant terapiyası  –  Azərbaycanlı həkimdən möcüzə metod


Hər bir həkim çalışır ki, xəstəsi daha tez sağalsın, xəstəliyə qalib gəlsin. Bunun üçün də həkimin istifadəsində yüzlərlə dərman var. Gündən günə sayı artan bu dərmanlar tibbə nə qədər yeniliklər gətirsə də, bir sıra problemlər də gətirir.: polipraqmaziyalar,müxtəlif allergiyalar,dərman xəstəlikləri.


Çox təəssüf ki,son illər xəstələrin müalicəsində dərman preparatlarından geniş istifadə müalicə prosesində istifadə olunan digər vasitələrin, məsələn fizioterapevtik proseduraların, fitoterapiyanın,müalicəvi-bədən tərbiyəsinin, sanator-kurort müalicələrinin ikinci,üçüncü plana keçirilməsinə səbəb olur və ya ümumiyyətlə tətbiq olunmur.


Medicina.az hərbi nevroloq, həkim, homoterapist Mirzə Qaraşovun koronavirus ağırlaşması olan pnevmoniyanın belə müalicəsində yüksək nəticələr göstərən, xəstəni ayağa qaldıran Kvant terapiyası


Xəstələr və həkimlər nəzərə alsa çox yaxşı olar:





Ötən əsrin 80-ci illərindən gələn terapiya

“Mən sizə ötən əsrin 80-ci illərinin ortalarından tətbiq olunan kvant terapiyası haqında danışmaq istəyirəm. Kvant terapiyası üçün tətbiq olunan aparatlarda eyni zamanda bir neçə fizioterapevtik proseduranın-lazer şüaları,infraqırmızı şüalar,daimi maqnitoterpiya, nəhayət görünən qırmızı işıq, son illərdə isə bunlara elektroneyrostimulyasiyanın əlavə olunması müalicə imkanlarını xeyli artırır.

Fizioterapevtik prosedurların dərmanlarla yanaşı istifadə olunması,müalicə prosesində dərmanların miqdarını əhəmiyyətli dərəcədə azaltmağa,müalicə müddətinin 2-3 dəfəyə qədər qısaldılmasına imkan verir.

Bəzi xəstəliklər zamanı hətta dərmanlardan imtina etməyə imkan verir. İndiki dövrdə,dərmanların qiymətinin çox yüksək olduğu bir dövrdə bunun əhəmiyyətinin nə qədər yüksək olmasından danışmağa yəqin ki ehtiyac yoxdur.
Kvant terapiyası üçün nəzərdə tutulmuş aparatlar ağrısız, təhlükəsiz olması ilə yanaşı ev şəraitində tətbiqi mümkündür. Kvant terapiyasında əsas müalicəvi faktor arsenid-qalium lazer diodunun impulslu lazer şüalanmasıdır. Lazer şüalanması qan dövranına, maddələr mübadiləsinə güclü stimullaşdırıcı təsir göstərir, neyrohumoral faktorları, immunokomponent sistemi aktivləşdirir.

Kvant terapiyasının klinik effektləri:


-zülal sintezini gücləndirir(DNT,RNT)
-fermentləri aktivləşdirməsi
-ATF sintezini yüksəltməsi
-mikrosirkulyasiyanın yaxşılaşdırılması
-qanın biokimyəvi tərkibinin və onun aqreqant vəziyyətinin yaxşılaşdırılması
-toxumaların regenarasiyasının sürıtləndirilməsi
-kollagen sintezinin güclənməsi
-iltihabəleyhinə
-ağrıkəsici
-xolesterin səviyyəsininaşağı salınması
-immun siteminin stimulyasiyası
-güclü antioksidant effekt
-prostaqlandin sintezinin gücləndirilməsi
-lipidlərin perekis oksidləşməsinin səviyyəsinin aşağı salınması.

Kvant terapiyasının əks göstərişləri:

-Təcili və təxirəsalınmaz tibbi yardım tələb olunan bütün hallarda
-İstifadəçinin qeyri komponent olduğu halda

Nisbi əks göstərişlər:


1.Onkologiya.
2.Hamiləlik.
3.Ağır endokrin patalogiyaları-məsələn:Zobun düyünlü formaları, insulindən asılı şəkərli diabet, diensefal piylənmə
4.Dekompensasiya mərhələsində olan böyrək,qaraciyər,qan dövranı xəstəlikləri
5.Sidikdaşı və öddaşı xəstəlikləri (yalnız həkim nəzarəti ilə aparılır)
6.Qıcolma vəziyyətlərində
7.Səbəbi müəyyən olunmayan qızdırmalı vəziyyətlərdə.
8.Psixoemosional oyanıqlıq fonunda olan psixi və digər xəstəliklər.(Yalnız həkim nəzarəti altında aparıla bilər)
9.Ağır qan xəstəlikləri.



Kvant terapiyasının üstünlükləri:

Bir çox xəstəliklərdə xəstəliyin kəskin dövründə tətbiq etmək mümkündür. Məsələn:pnevmoniyalar, yanıq xəstəlikləri,xüsusən, böyük sahələri tutan yanıq xəstələrində, donvurmalarda, xolesistitlər, radikulitlər ,haymorit və digər sinusitlər, pielonefritlər,sidikdaşı xəstəliklərinin residivinin qarşısını almaq üçün, hemorragik vaskulitlər, qlomerulonefritlər,prostatitlər, sınıqlar,osteomielitlər, artritlər, artrozlar və onlarca digər xəstəliklərdə tətbiq etmək olar.

Kvant terapiyası zamanı şüalar dəri və dərialtı toxumalar tərəfindən 20-30%,sümük toxuması tərəfindən 50%,parenximatoz orqanlar tərəfindən 100% udulur. Elə buna görədir ki, parenximatoz orqanların xəstəliklərində daha yaxşı effekt almaq olur.

Məsələn, pnevmoniyaların müalicəsində. Bildiyininiz kimi pnevmoniya ağciyərlərin parenximatoz toxumasının alveolların iltihabi prosesidir. Pnevmoniyanın inkişafının patogenetik inkişafını nəzərdən keçirək: hiperemiya,qırmızı qaraciyərləşmə, boz qaraciyərləşmə, sorulma fazaları.

Pnevmoniyanın törədiciləri mikroblar sayılsa da antibiotiklərlə mikrobun məhv olunması iltihabi prosesin yaylmasının qarşısını müəyyən qədər alsa da, iltihabi prosesin özünü sağaltmır, iltihabi prosesi iltihab əleyhinə preparatlar sağaldır.

Gəlin iltihabi prosesin əlamətlərini sayaq:istilik,ağrı,ödem,hərarətin yüksəlməsi,funksiya pozğunluğu.Bax həmən funksiya pozğunluğunun əsas səbəblərindən biri mikrosirkulyasiyanın pozulmasıdır. Kvant terapiyası zamanı hələ hiperemiya fazasında kvant hissəcikləri xırda kapillyarlarda qan dövranını bərpa edir.
Pnevmoniyalı xəstələr çox zaman xəstəliyin qırmızı qaraciyərləşmə mərhələsində həkimə müraciət edir.Həmən mərhələdə isə ağciyər toxumasında tam bir durğunluq yaranır.


Durğunluq isə hər yerdə olduğü kimi xəstəliyin-iltihabi prosesin daha şiddətlə yayılmasına səbəb olur.
Ayaqdan yaralanmış xəstələrdə yuxarı ətraf zədələnmələrinə nisbətən pnevmoniyaların inkişafının daha tez baş verməsinin əsas səbəbi məhz hərəkətsizliyin daha çox davam etməsi hesabına baş verir. Eləcə də intubasion narkozlar nə qədər uzun müddət davam edərsə, əməliyyatdan sonra pnevmoniyaların inkişafı məhz hipostaz hesabına o qədər çox baş verər.

Kvant terapiyasının xəstəliyin ilk günlərindən tətbiqi mənim fikrimcə patogenetik müalicədə antibiotiklərin tətbiqindən daha çox əhəmiyyət daşıyır. Çox təəssüf ki, pnevmoniyaların müalicəsi haqqında olan bütün ədəbiyyatlarda birinci yerdə antibiotiklərin adı çəkilir.Əlbəttə mən antibiotiklərin tətbiqinin əleyhinə çıxmıram,amma fizioterapevtik proseduraların lap axırda bir neçə cümlə ilə yazılmasının da əleyhinəyəm.
Adamda belə bir təsəvvür yaranır:yəqin ki bunları etməmək də olar.

Kvant terapiyasının vaxtında tətbiqi istifadə olunan antibiotiklərin,eləcə də digər dərmanların istifadəsini 2-3 dəfəyə qədər azaltmağa, müalicə müddətini qısaltmağa imkan verir. Xüsusən,kvant terapiyası antibiotiklərə qarşı allergiya olduqda əvəzsizdir.

Mən Azərbaycan Ordusunun ən iri periferik hospitallarının birində uzun müddət aparıcı terapevt işləmişəm. Həmin vaxtlar ordunun maddi-texniki bazasının zəif olduğu bir dövrlərdə, xəstələrin kütləvi şəkildə hospitallara axışdığı,dərman preparatlarının seçiminin məhdud olduğu,ixtisaslı kadrların çatışmadığı bir vaxtda kvant terapiyası mənimçün və yüzlərlə hərbi quluqçunun həyatının qurtarılması üçün bir xilaskar rolunu oynayıb.


Mən şadam ki Azərbaycan Ordusunda kvant terapiyasının qeyri-invaziv formada tətbiqi mənim adımla bağlıdır.Yuxarıda dediyim kimi kvant terapiyası bütün parenximatoz orqanların patalogiysı zamanı çox uğurla tətbiq olunur.Kvant terapiyası nın böyrək patalogiyalarında, ümumiyyətlə,sidik-cinsiyyət sistemi orqanlarının patalogiyalarında (qlomerulonefrit,xroniki pielonefritlər, orxitlər,yumurtalıqlar,uşaqlıq boruları,xroniki sistitlər,litotiripsiyadan sonra,sidikdaşı xəstəliklərinin profilaktikası üçün tətbiqi əvəzsizdir.
Kvant terapiyasının vaxtında tətbiqi nə qədər xəstəni erkən dializə getmədən qoruya bilər.
Xüsusən qlomerulonefritlərdə prosesin böyrək yumaqcıqlarında-sidiyin əmələ gəldiyi bir yerdə olması kvant terapiyasının rolunu bir daha sübut etmiş olur.

Hətta kvant terapiyaları hesabına hər min nəfərə bir böyrək köçürülməsinin baş verməməsini də böyük nailiyyət hesab edərdim Digər parenximatoz orqanlar qaraciyər,mədəaltı vəzin xəstəliklərində də əla nəticələr alınır.


Kvant terapiyasını elmdə təbabətdə inqilab adlandırmaq olarmı? Zamanında bəli.Təəssüf ki, inqilab lap çoxdan olub.40(qırx)ildən artıqdır ki, tətbiq olunan müalicə metodundan biz kifayət qədər istifadə edə bilməmişik. Niyə?Çünki müalicə həkiminin və fizioterapevtik proseduraları aparan şəxslərin ayrı-ayrı adamlar olması,hər bir həkimin xəstə ilə müalicə prosedurasının müxtəlif mərhələlərində qarşılaşması həkim fizioterapevtin ikinci-üçüncü sıraya keçməsinə səbəb olmuşdur.

Sonda onu demək istəyirəm ki, kvant terapiyası orqanizmin özünü özünə sağaltdırır.Bir də sonda çox sevdiyim bir şərq misalı çəkmək istəyirəm: Pələngi evdən qovmaq istəyirsənsə onun quyruğundan yapışmazdan əvvəl qapı -pəncərəni aç,bəlkə o özü çıxıb getdi.Kvant terapiyası da xəstəliyin bədəndən çıxması üçün qapı pəncərəni açmaq lazımdır”.


Aygün Musayeva

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.