Yaponların həyat sirri: Bunu yeyirlər və 100 il yaşayırlar

  • 2025.08.16 15:19
  • 1003 Baxış
Yaponların həyat sirri:  Bunu yeyirlər və 100 il yaşayırlar

Yaponiya uzunömürlülər ölkəsidir.

Medicina.az xəbər verir ki, Yaponiyada hazırda 90 mindən çox insanın yaşı 100-dən yuxarıdır. Xüsusilə Okinava adası uzunömürlülüyü ilə məşhurdur.

Dünyada “əbədi gənclik” vəd edən saysız-hesabsız möcüzəvi pəhrizlər və əlavələr təklif olunsa da, Okinava sakinləri sübut edirlər ki, sağlam və uzun ömrün sirri sadə qidalanma vərdişlərində gizlidir.

Adada çoxlu sayda yüzillik yaşayır. Onlar təkcə uzunömürlü deyil, həm də yaşlarına görə olduqca sağlamdırlar, yaşla bağlı xəstəliklərdən əziyyət çəkmirlər.



Okinavalılar qidalanmada əsasən tam taxıllara üstünlük verir, ət və yağlı süd məhsullarını isə minimuma endirirlər. Onların menyusunda aşağı glisemik indeksli yeməklər üstünlük təşkil edir. Bu pəhrizin əsas sirri şəkərin az qəbul olunması və doymuş yağların məhdudlaşdırılmasıdır.

Yaponlar həmçinin paxlalı və soya məhsullarını sevir, gündəlik qidalarında balıq və dəniz məhsullarına geniş yer verirlər.

Aygün
Medicina.az