Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb Universitetinə 6500 manat təhsil haqqı vermərəm - Həkim

  • 2025.08.16 12:06
  • 207 Baxış
Tibb Universitetinə 6500 manat təhsil haqqı vermərəm -  Həkim

"Tibb Universitetinə ilk getdiyim gün həyatımın son günlərində də gözlərimin qarşısından getməyəcək. Anatomiya dərsi idi. Bizi elə qarşılamışdılar ki, elə bil Quantanamo türməsinə gəlmişik. Müəlliməmiz o qədər qəddar baxışlarla baxırdı ki elə bil mən universitetə girmişəm deyə onun hansısa qohumu kənarda qalıb".



Medicina.az xəbər verir ki, bunu kardioloq Günay Rəhimova bildirib.

O, tənqidinə belə davam edib:

"Kolpak başımızda durmurdu deyə bizi az qalırdılar sürgün edələr. Leksiyalardan ümumiyyətlə danışmayım, başqa bir level idi. Bir-birimizə qısılıb yetim cücələr kimi düşünürdük ki, daha nə gələcək bu bədbaxt başımıza. Belə də bitirdik illəri. İllər də bizi.

Sonra məlum olacaq ki, mən heç "ekq"nin bəsit interpretasiyasını bilmirəm, şans əsəri gedib çıxacam Mərkəzi Klinikaya, orada Türkiyədən yeni gələn uzmanlarla tanış olacam (dəyərli Kamran Musayev, Firdovsi İbrahimov, Üzeyir Rəhimov, Cavid Həmişəyev, Fərid Əliyev) və həkim kimi yetişəcəm".

Kardioloq qeyd edib ki, Tibb Univetsitetinə 6500 manat pul verməz:

"Universitetimin qarşısından keçəndə indi də kövrəlirəm, kimsə yanlış anlamasın, amma 6500 AZN təhsil haqqı vermərəm oraya!

Düzdür, daha dərinə getsək indi 17 yaşım olsa və mənə seçim haqqı versələr mən heç həkim də olmaram...

Niyə həkim olum ki? Gecə gündüz saçımı başımı stressdən ağardım, ailəmdən, uşağıma verəcəyim zamandan oğurlayım, əməliyyatlarda qocalım ki, sosial şəbəkədə əlinə kitab almayan biri çıxıb yazsın ki “Azarbayjanda vofşe həkim yoxdu?!”.

Aygün
Medicina.az