Kifayət qədər və keyfiyyətli yuxu təkcə istirahət üçün deyil, həm də çəki idarə etmək üçün çox vacibdir. Mütəxəssislər nizamsız yuxunun kilo almağa səbəb olduğunu bildirirlər.
Medicina.az xəbər verir ki, mütəxəssislər nizamsız və qeyri-kafi yuxunun təkcə yorğunluğa deyil, həm də çəki artımına birbaşa təsir etdiyini bildirirlər.
Elmi araşdırmalar göstərir ki, yuxusuzluq iştahı tənzimləyən hormonlara birbaşa təsir edir.
Mütəxəssislər bildirirlər ki, yuxu rejiminin pozulması təkcə yorğunluğa deyil, həm də həddindən artıq yeməyə səbəb olur.
Qeyri-kafi yuxu aclıq hormonu qrelini artırır, toxluq hormonu isə leptini azaldır. Bu balanssızlıq fərdlərin daha çox kalori istehlak etməsinə və nəticədə kökəlməsinə səbəb ola bilər.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, yuxusuzluq insulinə həssaslığı azaldır və orqanizmdə daha çox yağ yığılmasına səbəb olur. Bu, xüsusilə nizamsız yuxu rejimi olan insanlarda kilo alma riskini artırır.
Mütəxəssislər sağlam çəki idarə etmək üçün nizamlı yuxu vərdişlərinin vacibliyini vurğulayırlar.
Aygün
Medicina.az