Xəstəlik bir insanın yaydığı xüsusi qoxu ilə müəyyən edilə bilər.
Qədimdə təbiblər belə də edirdilər. Hətta artıq ölümə doğru gedən xəstənin də öz qoxusu var.
Medicina.az xəbər verir ki, dermatoloq İrina Skoroqudaeva insanın tər qoxusu ilə ciddi xəstəliklər və hətta onkoloji xəstəlik olub-olmaması müəyyən etməyin mümkünlüyünü bildirib.
Mütəxəssis izah edib ki, bir çox ciddi xəstəliklər dərinin qoxusunun bir qədər spesifik olmasına gətirib çıxarır. Belə ki, onkoloji xəstənin tər qoxusu çox vaxt “bayat ət qoxusuna” bənzəyir.
Böyrək və qaraciyər xəstəlikləri aydın nəzərə çarpan ammonyak qoxusu ilə müşayiət oluna bilər, diabet xəstələri çürük alma və ya aseton qoxusuna malikdir, çünki bu xəstəliklə keton cisimləri əmələ gəlir.
Xüsusi bir ətirlə ilə yanaşı, onkoloji xəstəliklər uzun müddət davam edən yüksək temperaturla göstərilə bilər. Bədəndə müxtəlif ləkələr, izlər, ziyillərin görünüşünün dəyişməsi, uzun sürən öskürək və səs xırıltısı, həmçinin udma çətinliyi və həzm pozğunluğu həyəcan təbili çalmalıdır.
Ailə üzvlərinizin bədən dərisinin ətrinin dəyişməsinə diqqətli olun”.
Aygün Musayeva
Medicina.az