Enurezi olan usağı psixoloq, nevroloqa aparmaq faydasızdır, səbəb urolojidir –İranlı həkimdən AÇIQLAMA

  • 2019.07.01 17:10
  • 28836 Baxış
Enurezi olan usağı psixoloq, nevroloqa aparmaq faydasızdır, səbəb urolojidir – İranlı həkimdən AÇIQLAMA
Enurez – uşaq, yeniyetmə, gənclərdə gecə sidiyi saxlaya bilməmək problemidir. Hazırda bu problem çox ailələri narahat edir.


Son zamanlar gecə sidiyini saxlamayıb, qorxan, ağlayan uşaqların müalicəsini psixoloqlara etibar edən valideynlər hər seansa 20-30 manat pul xərcləyir, sonra da nəticəsizlikdən şikayətlənir.


Medicina.az xəbər verir ki, Bakıda çalışan həkim Behnam Kazemi enurezli uşaqları psixoloq, fizioterapiya, nevroloqlara aparmağın müalicə üsulu olmadığını bildirib. Enurez problemi ilə uroloq məşğul olmalıdır.


Həkim deyir ki, valideynlər yanlış yoldadır, enurezi olan uşaqda heç bir psixoloji problem yoxdur. Bu halda valideyn uşaqla necə rəftar etməyi bilməlidir. Çünki  yerini isladan uşaqları qorxutmaq, danlamaq, məcbur etmək, ailə içində tənqid, təhqir etmək onlarda bu vəziyyəti dərinləşdirir, qorxu, günahkarlıq hissi yaradır. Ona görə uşağa yox, valideynə psixoloq lazımdır.



"Enurezli uşağı  10-12 günə müalicə edirik. Bu sırf uroloji problemdir. Uşağın psixologiyası hələ tam formalaşmayıb, psixoloq onunla nə danışacaq? Danışdığını anlayacaqmı? Əsas valideyn bilməlidir ki, uşaqla necə davranmalı, nələr etməlidir ki, uşağı maraqlandırsın, ruhlandırsın, sakitləşdirsin. 

Valideyn uşağını təhqir edir, uşaq çalışır ki, gecə özünü saxlasın, səhər danlanmasın, amma bu ondan asılı deyil, o yuxudadır. Uşağa elə hücum edirlər ki, uşaq özünü qüsurlu hesab edir. 


Uroloji baxımdan sfinkter məsələsi, sidik kisəsinin həcmi, qalınlığı, ya böyrək problemləri, böyrəkdən beyinə gedən siqnalların sürətlənməsi- bunlar müayinə olunmalıdır. Sidik ifrazı ilə bağlı siqnal beyinə tez çatır, sfinkter qeyri-iradi reaksiya verir. 


Belə uşaqlara nevroloji, psixotrop dərmanlar vermək də lazım deyil. Uşaqda nevroloji problem yoxdur. Uşaq var ki, 12 yaşı var, sidik kisəsi kiçik qalıb, 6 yaşlı uşaqdakı kimidir. Ya xüsusi hormon gecələr öz rolunu düzgün oynamır. Ona görə valiydeynlərə demək istəyirəm ki, bu məsələlər beyin dərmanı, psixoloji söhbətlə düzələn deyil, uşağı çox incitmədən bizə müraciət etsinlər. Biz enurezi istənilən yaşda asanlıqla, cəmi 10-12 günə müalicə edirik, çox dərman da təyin olunmur”


Behnam həkim uşaqlarda inkişafda zəifləmə, hormonal cinsi disbalansın da böyrəklərə təsir etdiyini və onu yaşıdlarından geri qalmasına səbəb olduğunu bildirib. Valideynlər isə uşaqlarına qarşı səbrli olub, uşağı həvəsləndirməyə, səhərlər quru yerə görə mükafatlandırmağa çalışmalıdır.

 

 


Ünvan: Mətbuat pr. 18/7

Azərbaycan Nəşriyyatı ilə üzbəüz


Telefonlar: 055 950 30 06

012 510-66-41

 

 


Enurezi olan usağı psixoloq, nevroloqa aparmaq faydasızdır, səbəb urolojidir – İranlı həkimdən AÇIQLAMA
Enurezi olan usağı psixoloq, nevroloqa aparmaq faydasızdır, səbəb urolojidir – İranlı həkimdən AÇIQLAMA