Körpələrdə diareya – Susuzlaşma ciddi fəsad yarada bilər

  • 2019.03.26 16:53
  • 12030 Baxış
Körpələrdə diareya –  Susuzlaşma ciddi fəsad yarada bilər
Diareya – ishal, mədə-bağırsaq pozuntusu körpələr arasında çox geniş yayılmış vəziyyət olub, valideynləri çox narahat edib, dərhal tərbir görməyə vadar edir.


Diareyanın yaranmasının çox səbəbləri var. Uşağın qarmı ağrıyır, iştahı kəsilir, halsız olur, gündə 3-5 dəfə tualetə gedir. 


Medicina.az diareya zamanı hansı qidalanma və maye qəbulu rejimi seçilməsi barədə əsas məqamları təqdim edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, gundə diareya 3-5 dəfə tualetə getmək hesab olunur. 

Duru stul  əgər bir dəfə baş verirsə, bu diareya deyil. 


Kəskin diareya bir neçə gündən 1-2 həftəyə kimi, xroniki diareya isə 2 həftədən də çox davam edən haldır. 


Pediatrlar tualetə getmə epizodlarına görə diareyanın təsnifatını belə təyin ediblər:


-2-5 duru stul – yüngül diareya

-6-8 dəfə stul – orta dərəcəli diareya

-10 və daha çox defekasiya ağır diareya


Körpələrin qida rejimi aylara görə dəyişdiyindən və müxtəlif sıyıqlardan, qarışıqlardan ibarət olduğundan onlarda diareya riski yüksəkdir.

Diareya sadəcə qarının getməsi, ishal deyil, o uşağın orqanizmində hər hansı problemin olmasına işarədir. Valideynlər diareyaya dırnaqarası baxmamalı, diqqətli olmalıdırlar.


Əgər körpənin bezini dəyişəndə orda çox bərk nəcis və çoxlu tünd, bulanıq maye görürsə, deməli, diareya başlayıb.

Duru nəcis qarında spazm və ağrılar verir, bu sancılar mədəyə kimi təsir edir. 


Bu hallarda isə uşağı mütləq həkimə göstərmək lazımdır:


-Nəcisdə qara, qəhvəyi qalıqlar, qan

-Uşaq bütün günü yatır, gözünü açmaq istəmir

-Nəcisin rənginin çox qara olması

-Uşaq 7-8 saatdır sidiyə getmirsə

-Temperatur varsa


Bütün bu hallar orqanizmin su itkisi riski ilə üz-üzə qaldığını göstərir. 


Necə müalicə olunur?


Maye qəbulu rejimini artırmalı. Peroral regidratasiya məhlulları həm içirilə bilər, həm sistem şəklində venaya vurula bilər.

Həkim qan, sidik, nəcis analizi təyin edir. Onun nəticəsinə əsasən diareyanın səbəbini tapmalıdır. Ondan sonra terapiya növü seçir. 


Antibiotiklər diareyada effektiv deyil. Əksinə bağırsaq mikrolflorasını daha da pozur.  Aptekdən özbaşına ishal əleyhinə toz, dərman almaq yolverilməzdir.


Qidalanma


Diareyalı uşağa banan, suda bişmiş yağsız düyü, suda bişmiş cücə əti, toyuq bulyonu, alma püresi, kök, suda bişmiş karfof, çuğundur verilə bilər. 

Diareya zamanı uşaq orqanizmi çox faizdə natrium itirir. Ona görə uşağa duzlu kəsmik, duzlu ayran və ya azca duz həll olunmuş su verilməsi mütləqdir. 

Əgər uşaq ana südü və ya süni qida qəbul edirsə, həkim müvəqqəti olaraq müalicəvi süni qidalar təyin edir. 


Ola bilər diareya allergik mənşəli olsun. Qida allergiyası zamanı allergen ərzaqlar, yeməklər qidadan çıxarılır, laktozaya allergiya varsa süd məhsulları verilmir. 


Diareya pəhrizində bu qidalardan müvəqqəti imtina olunur: süd məhsulları, yağ, pendir, qızardılmış yemək, şəkərli qidalar, pirojna, konfet, paxlalılar, kələm, qazlı içkilər, meyvə şirələri. 


Diareya tam aradan qalxdıqdan sonra tədricən əvvəlki qidalanmaya qayıdılır. 


Susuzlaşma ölümə də səbəb ola bilər.


Sürətlə, massiv olaraq elektrolit, duz və maye itkisi orqanizmi susuzlaşdırır. Uşağın dərisi, ağzı quruyur, sidik ifrazı pozulur. Uşaq ağlayanda gözündən yaş çıxmır. Gözləri yumulur. Diareya vaxtında tədbir görülmədikdə uşağın vəziyyətini kritik həddə çatdırıb, onun hospitalizə olunmasına gətirib çıxarır. Bu hala yol verilməməsi isə valideyndən çox asılıdır.

 

Körpələrdə diareya –  Susuzlaşma ciddi fəsad yarada bilər
Körpələrdə diareya –  Susuzlaşma ciddi fəsad yarada bilər