Anaların ən böyük narahatlığı - Bu qidalar uşaqlarda qaz yaradır

  • 2017.11.13 12:01
  • 58549 Baxış
Anaların ən böyük narahatlığı -  Bu qidalar uşaqlarda qaz yaradır
Körpələrin qaz problemi valideynləri ən çox narahat edən məsələlərdəndir. Mütəxəssislər bildirir ki, uşaqda qaz yaradan səbəblərdən biri onun qidalanmasıdır.

 

Medicina.az azyaşlılarda qaz probleminə səbəb olan qidaların siyahısını təqdim edir:


1 - Qəribə səslənsə də ana südü qaz yaradan qidaların əvvəlində yer alır. Təbii ki, körpə buna görə ana südündən məhrum edilməməlidir. Sadəcə ana öz qidasına olduqca diqqət göstərməlidir. Bunun üçün spirtli, qazlı içkilərdən istifadə etməməlidir. Unutmayın ki, ana nə yesə süd vasitəsilə körpə də onu yemiş olur. 


2 - Noxud, lobya, mərci uşağınız üçün faydalı qidalar sayılsa da, qaz yaratmaq riski yüksəkdir. 


3 - Qatıq azyaşlılar üçün xüsusilə vitamin deposudur. Ancaq tərkibində laktoz olduğu üçün qaz yaradır. Bunun üçün tərkibində laktoz olmayan qatıqlara üstünlük verilməlidir. 


4 - Brokkoli qaz yaradan qidalar sırasına daxil edilib. Bu cür tərəvəzləri bişirən zaman içinə bir miqdar kimyon qataraq qaz yaradan maddəsini yox edə bilərsiniz.


5 - Həmçinin ərik, alma, armud, şaftalı kimi meyvələr də körpələrdə qaz yarada bilər.