Bakıda nevroloji xəstəliklərin müalicəsində yeni üsul - “Dərman sizi sağaltmır...”

  • 2018.01.08 14:09
  • 42068 Baxış
Bakıda nevroloji xəstəliklərin müalicəsində yeni üsul -   “Dərman sizi sağaltmır...”
"Psixoneyron-endokrin-immun sisteminin hər hansı həlqəsinin pozulması, ümumilikdə sistemin pozulması deməkdir”


"İsterik mutizmdən nitqi, gözü tutulmağa başlayan xəstəni 25 dəqiqəyə müalicə etdik”


Son zamanlar geniş yayılan və müalicəyə çətin tabe olan nevroloji xəstəliklərin müalicəsində yeni, fərqli və daha təbii üsullar tətbiq edən həkimlərimiz var. 

 

Bu üsullardan istifadə edən Bioloji Təbabət klinikasının nevropatoloqu  Vahid Məmmədov nevroz xəstələrini necə sağaltdığını Medicina.az-a danışıb:

" Hər bir xəstəliyin səbəbi var. Əsas səbəb illərlə orqnanizmdə müxtəlif toksinlərin, zəhərlərin toplanmasıdır: qida, stress, dərmanlar, radiasiya, müasir texnologiyalar və s. Bunlar son nəticədə orqanizmi yükləyir. Bizim biotənzimləyici preparatlar orqanizmin müdafiə qabiliyyətini işə salır, xəstəliyin kökünə təsir edir.  Bu preparatların kimyəvi molekullu əsəb sinir dərmanlarından, antidepressanlardan fərqli olaraq, heç bir mənfi təsiri yoxdur. Çünki çox kiçik dozalarda durulaşdırılmış formadadır, hətta hamilə qadınlar da istifadə edə bilər. Akademik təbabətdə nevroloji preparatların hamilə qadınlara verlməsi qadağandır, çünki dölə mənfi  təsir edir. Bioloji təbabətdə isə həm ananın, həm gələcək övladın sağlamlığını nəzərə alır.


Əsəb pozğunluğunda neyroleptiklər, trankvilizatorlar geniş istifadə olunur, onların toksiki təsiri çoxdur, insanda asılılıq yaradır. Elə an yaranır ki, xəstə illərlə ondan canını qurtara bilmir. Nəticədə qaraciyər, mədə-bağırsaq sistemi sıradan çıxır. Bu dərmanlar xəstəliyin səbəbinə təsir etmir, müvəqqəti təsir edir.

 

Amma biotənzimləyici preparatları aylarla, illərlə qəbul etmək olar, heç bir allergiya, heç bir fəsad, asılılıq yaratmır. Kiçik yaşlı uşaqlardan tutmuş yaşlı insanlara kimi istifadə edə bilər.  Bizim taktikamız xəstəni vahid sistem kimi qəbul etməkdir. Bir nevroloji xəstə gəlir, mən nevropatoloq kimi yalnız əsəbə uyğun müalicə yazım, getsin, belə olmaz. Ola bilər xəstənin mədə-bağırsaq sistemi pozulub, bu sinir sisteminə də təsir edib. Belə olan halda mən nə qədər müalicə yazsam da faydası olmaz. Xəstənin ola bilər, illərlə baş ağrısı olsun, müalicə effekt verməsin. Məlum olur ki, bu xəstənin xroniki qəbizliyi var. Və bu mütləq baş ağrısı verəcək. Qəbizlik aradan qalxmasa, başağrısı keçməyəcək. Nevropatoloq xəstədən uzun, dəqiq anamnez toplamalıdır. Xəstə nevropotoloqa gəlirsə, o təbii ki, baş ağrısı, stress, bel ağrısı, əsəbdən, yuxusuzluqdan şikayət edəcək. Çünki mədə həkiminə gəlməyib. Ola bilər, xəstə bilməsin, amma həkim ki bilir stresin, yuxusuzluğun, ağrıların səbəbi çox ola bilər. Mən mədə-bağırsaq həkimi deyiləm, xəstəyə elə başağrısı dərmanı yazım, getsin, elə müalicə olmaz. O xəstə sağalmayacaq, illərlə həkim gəzəcək. Ola bilər onun xəstəliyi mənə aid deyil, mən onu yönəltməliyəm, mütəxəssislə məsləhətləşməliyəm. Bizim klinikada xəstəliyin səbəbini tapmaq üçün həkimlər bütün sahələrə diqqətlə yanaşır. Bizim dərman preparatların tərkibində çoxlu komponentlər var ki, onlar təkcə sinir sistemini yox, endokrin, mədə-bağırsaq, ürək-damar, immun sistemini əhatə edir. Psixoneyron endokrin immun sisteminin hər hansı həlqəsinin pozulması, ümumilikdə sistemin pozulması deməkdir”. 

 



Nevropatoloq illərlə psixiatr, nevropatoloq gəzən, lakin sağalmayan xəstələri ilə bağlı maraqlı faktlar açıqlayıb:


"Bizə ümumiyyətlə, ağır, çətin sağalan, artıq çox həkimlər gəzmiş, orqanizmini ağır dərmanlarla yükləmiş xəstələr müraciət edir. Bir xəstə var idi, isterik qorxudan, mutizmdən gözü, nitqi tutulmuşdu. Onu Z. Əliyeva adına göz xəstəxanasından nevropatoloqa yönləndirmişdilər ki, görmənin itməsi nevrolojidir. Biz isterik mutizmi 20-25 dəqiqəyə aradan qaldırdıq. Bu xəstənin həkimə inamı sayəsində baş verdi. Əgər xəstə həkimə inanmasa müalicə alınmayacaq. Təbii ki, biotənzimləyici preparatlar təyin etdik. Qulaqda bir çox nöqtələrə qıcıqlandırıcı təsir etməklə  – aerokulyar terapiya ilə yaxşı nəticə əldə etdik, o xəstənin gözü, dili açıldı. Gənc qız idi, rayondan gəlmişdi, bu problemlər onda ailədaxili ağır stresdən yaranmışdı. 


Klinikamızda dağınıq sklerozu da uğurla müalicə edirik, bu xəstələrdən eləsi var artıq ailə qurub, övlad sahibi olublar.  Autoimmun xəstəliklərini ənənəvi təbabətdə hormonal preparatlarla müalicə etməyə cəhd edirlər, bu da immun sisteminə mənfi təsir edir.  Ümumiyyətlə, biz trankvilizator və antidepessantlar təyin etmirik, bu preparatlardan asılı olan xəstələrdə də dozanı yavaş-yavaş azaldaraq, öz preparatrarımızı təyin etməklə, müalicə aparırıq. Dərman içməklə xəstə sağalmaz. Nevroz funksional xəstəlikdir, əgər inam varsa, sağalacağına güclü təlqin olarsa, sağalma olacaq. Əgər inam olsa, aptekdən yüngül sakitləşdirici bitki tərkibli dərmanı içməklə də şəfa tapa bilər. Amma dağınıq skleroz ciddi xəstəlikdir və bu xəstəliyin müalicəsi üçün uzun zaman lazımdır. İllərlə sağalmayan nevroz xəstələrinin bədəni o qədər dərmanla yüklənib ki, orqanizm toksiki zəhərlənib, ayrı-ayrı orqanlar öz funksiyasını normal yerinə yetirə bilmir, belə hallarda biz xəstəni hüceyrə səviyyəsində drenaj edib detoksikasiya aparırıq”. 


Həkimlə əlaqə: 

Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: Bakı, 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında
Bakıda nevroloji xəstəliklərin müalicəsində yeni üsul -   “Dərman sizi sağaltmır...”
Bakıda nevroloji xəstəliklərin müalicəsində yeni üsul -   “Dərman sizi sağaltmır...”