Vaginoplastika sağlamlığa zərərlidirmi? - ARAŞDIRMA

  • 2019.10.23 11:25
  • 9924 Baxış
Vaginoplastika sağlamlığa zərərlidirmi? -  ARAŞDIRMA

Mütəxəssislər,
qadınların vaginalarını yenidən formalaşdırmaq və daraltmaq üçün etdirdikləri
vaginal gəncləşdirmə əməliyyatlarının sağlamlığa ciddi şəkildə təhlükə
yaratdığı barədə xəbərdarlıq ediblər.


 


Medicina.az xəbər verir ki, doğum zamanı vagina və onun ətraf toxuması
genişlənir. Doğum sonrası vagina daha normal bir vəziyyətə qayıdır, lakin heç
bir vaxt doğumdan əvvəlki vəziyyətə qayıtmır.Doğum sayları artdıqca
vaginadakı genişlənmə daha da artır.Vaginal genişlənmə ilə yanaşı vagina
divarının selikli qişasının sallanması olur.Belə qadınlarda cinsi hissin
azalması və cinsi həzzin zəifləməsi olur. Həmçinin cinsi yaxınlıq zamanı əks
cinsində də problemlərin yaranmasına səbəb olur. Vaginoplastika əməliyyatı ilə
vagina və vaginanın ətraf toxumanın daraldılması və doğumdan əvvəlkı
vəziyyətin əldə olunmasına nail olunur.


 


Amerikalı
və britaniyalı mütəxəssislər, bəzi klinikalardakı "kosmetik
müalicənin" yanıq, yara və təkrarlanan ağrılara səbəb ola biləcəyini
söyləyirlər.


Vaginanı
yenidən formalaşdırmaq əməliyyatı lazerlə vaginal toxumanın isidilməsi və
sıxlaşdırılması yolu ilə həyata keçirilir. Qeyri-cərrahi
üsul, qısa müddətli bir
əməliyyat olsa da səlahiyyətli nümayəndələr bunun çox da etibarlı olmadığını
ifadə edirlər.


Lazer
və enerji əsaslı vasitələr uşaqlıq yolunda və ya vaginal toxumalardakı xərcəng
önü hüceyrələrin, genital ziyillərin məhvində istifadə edilməsi üçün
təsdiqlənmişdi. Amma bu vasitələr gəncləşdirmə üsullarında da istifadə edilir.


Bir
çox klinikalar vaginal gəncləşdirmənin menopauza ilə bağlı narahatlıqlara,
sidik qaçırmağa və ya cinsi narahatlıqlara yaxşı təsir etdiyini iddia edirlər.


"Bu məhsulların çox böyük riskləri var və məqsədlərinə
çatdıqlarını dəstəkləyən kifayət qədər fakt yoxdur. Qadınların zərər gördüyünə
dair ciddi narahatlıqlarımız var".


 


 


 


Gəncləşdirmə əvəzinə məşq tövsiyyəsi



Britaniyalı  cərrah Paul.B də bu mövzuda narahatdır:


"Qadın
sağlamlığına və qadınların cinsi sağlamlıqlarına artan bir maraq var. Bunun
təşviq edilməsi, amma hər cür təlim və müalicə üsullarının şişirdilmiş,
aldadıcı yollardan uzaq, həssas bir şəkildə təqdim olunması lazımdır."


 



Birləşmiş
Krallıq Qadın Xəstəlikləri və Doğuş Mütəxəssisləri Birliyindən Dr. Vanessa
Mackay "Əməliyyatsız vaginal gəncləşdirmə" vasitələrinin vaginal
əzələləri gücləndirdiyinə və ya vaginal toxumanı yenidən formalaşdırdığına dair
bir fakt yoxdur", deyərək əlavə edib:


 


"Qadınlar
vaginaların görünüşündən və ya qoxusundan narahatdırlarsa bir səhiyyə
nümayəndəsinə müraciət etməlidirlər. Amma hər qadın vaginasının bir-birindən
fərqli olduğunu unutmamaq lazımdır. Vagina dodaqları (labia) həm görünüş, həm
də rəng olaraq qadınlar kimi fərdi və özünə məxsusdur".


"Vagina
ətrafındakı əzələlərin sıxlaşması üçün qadınlar döşəmədə çanaq sümükləri
çevrəsini gücləndirəcək məşqlər (pelvik məşqləri) edə bilərlər. Bu, əzələlərin
inkişafını təmin edir və cinsi münasibət zamanı həssaslığı gücləndirir".



Vagina
quruluğu da hər qadının həyatının bir nöqtəsində qarşılaşdığı geniş, amma
çarəsi olan bir narahatlıqdır. Bunun
menopauza, əmizdirmə, doğuş, cinsi əlaqədən əvvəl təhrik olmamaq və bəzi doğuş
nəzarəti üsulları daxil bir çox səbəbi ola bilər. Qadınlara
vaginal quruluqla bağlı bir həkimə müraciət etməzdən əvvəl, vaginal
nəmləndirici və özünün də edə biləcəyi sürüşkənlik yaradan üsulları sınaqdan
keçirməsi tövsiyyə edilir.



 


Vaginoplastika sağlamlığa zərərlidirmi? -  ARAŞDIRMA