Damarları daraldan plastikdir - Alimlərdən ŞOK

  • 2024.03.11 14:46
  • 770 Baxış
Damarları daraldan plastikdir  - Alimlərdən ŞOK
Qida və su ilə keçən plastik mikrohissəcikləri damarları tıxayır.

"Medicina" xəbər verir ki, mikroskopik zərrəciklər damarları tıxayan xolesterin lövhələrinin içində də var və xolesterinin daha da bərkiməsinə səbəb olur.

Alimlər siçanlar üzərində təcrübə aparıb.


Eləcə də tıxanmış damarları açmaq üçün əməliyyat keçirən xəstələrin damarıarından çıxarınlarda da mikroplastik tapıldı.


Tədqiqatçılar 34 ay ərzində 257 xəstəni təqib edərək, 60 faizdə damarlardan çıxarılan yağ qalqlarında polietilen, 12 faizində isə polivinilxlorid (PVC) olduğunu aşkar ediblər.

PVC maddəsi su boruları, plastik şüşələr, döşəmə və qablaşdırma hazırlamaq üçün istifadə olunur. Polietilen ən çox yayılmış plastikdir və plastik torbalar, su butulkaları hazırlamaq üçün də istifadə olunur.


İnsult, infarkt və ya hər hansı səbəbdən ölüm riski keçirmiş xəstələrdə mikroplastiklər sağlam insanlardan 2-3 dəfə çox idi.


Artıq dünya plastiklə ciddi mübarizəyə başlamalıdır.

Aygün Musayeva