Dondurulmuş qidaları otaq temperaturunda əritmək qida zəhərlənməsi riskini artıra bilər.
Medicina.az xəbər verir ki, dondurmaq bakteriyaları məhv etmir, sadəcə onların çoxalmasını dayandırır.
Qida otaq temperaturunda əridildikdə isə səthi tez isinərək bakteriyalar üçün əlverişli mühitə çevrilir. Bu da xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üçün təhlükə yarada bilər.
Ekspertlər qidaların ən təhlükəsiz şəkildə soyuducuda əridilməsini tövsiyə edirlər. Təcili hallarda isə mikrodalğalı sobanın "defrost" rejimindən və ya ağzı kip bağlanmış paketdə soyuq su üsulundan istifadə etmək olar.
Mütəxəssislər bir daha xatırladırlar ki, əridilmiş qidaları yenidən dondurmaq olmaz. Yalnız bişirildikdən sonra onların təkrar dondurulmasına icazə verilir.
Xanım,
Medicina.az