Əgər balığın qarnı belədirsə, almayın!

  • 2025.11.25 08:21
  • 655 Baxış
Əgər balığın qarnı belədirsə,  almayın!

Payızın gəlişi ilə balıq yenidən süfrədə ən çox sevilən yeməklərdən birinə çevrilib.

Medicina.az xəbər verir ki, balıq, yüksək qida dəyərinə görə mütəxəssislərin həftədə ən azı iki dəfə yeməyi tövsiyə etdiyi qidalar arasındadır.

Mütəxəssislər bazarlarda və marketlərdə uzun müddət saxlanılan balıqların xüsusi risk yaratdığını qeyd edərək, köhnəlmiş balıqların qida zəhərlənməsinə, ciddi sağlamlıq problemlərinə və hətta müalicə olunmadıqda ölümcül nəticələrə səbəb ola biləcəyini bildirirlər.

Buna görə də, balıq seçərkən nəzərə alınmalı bəzi vacib detallar var.



Bəs balığın köhnəlmiş olub-olmadığını necə müəyyən etmək olar?

1. Su testi

Evdə böyük bir qab su doldurub balığı içinə salmaqla yoxlaya bilərsiniz. Balıq dibinə batırsa, təzədir. Səthdə üzən balıq, köhnəlmiş hesab olunur və yeyilməməlidir.

2. Gözün yoxlaması

Balıq alarkən gözlərini yoxlayın. Parlaq, şəffaf və aydın gözlər təzəliyini göstərir. Solğun, batmış gözlər köhnəldiyini göstərir.

3. Göz bəbəyinin quruluşu

Təzə balıqlarda göz bəbəkləri qabarıqdır.

4. Ətin bərkliyi

Balığı kəsdikdən sonra ətinə toxunaraq yoxlayın. Təzə balığın əti möhkəm və elastikdir. Əgər qarın nahiyəsi həddindən artıq şişibsə, bu, balığın köhnəlmiş olduğunu göstərir.

5. Qarın xəbərdarlığı

Mütəxəssislərə görə, balığın qarnı təmiz görünməlidir. Əgər qarın nahiyəsi bürüşübsə, nəcis görünürsə və ya şişibsə, balıq təzə deyil.

6. Qəlsəmə rəngi

Qəlsəmələr balığın təravətini təyin etməyin ən etibarlı yollarından biridir. Qırmızı və nəm qəlsəmələr təravət əlamətidir. Qəlsəmələr tünd qırmızı və ya qəhvəyi rəngə çevrilibsə, balıq köhnəlmiş hesab olunur. Həmçinin pulcuqlarının parlaq olmalıdır.

7. Qoxu testi

Təzə balığın yüngül dəniz qoxusu var. Həddindən artıq güclü, ammonyak kimi qoxu varsa, bu, balığın xarab olmağa başladığını göstərir. Balığı yuyanda əti əriməyə başlayırsa, bu, onun yeyilməməli olduğuna dair ən açıq əlamətdir.

Aygün
Medicina.az