Energetik içkilər ürək ritmini pozur - Gənclərdə dəhşətli fəsad

  • 2021.11.12 17:35
  • 1274 Baxış
Energetik içkilər ürək ritmini pozur -  Gənclərdə dəhşətli fəsad
Aritmiya ürək döyüntülərinin, vurğularının ritminin dəyişməsi, requlyarlığının pozulmasıdır. Aritmiyaların çox növü var.

Həyati təhlükəsiz aritmiyalarla yanaşı, həyat üçün ciddi təhlükələr törədən, ani ölümlərə səbəb olan aritmiyalar da mövcuddur.

Son vaxtlarda energetik içkilərin, xüsusilə uşaqlarda və yeniyetmələr arasında həddindən artıq istifadəsi çox ciddi aritmiyalara səbəb ola bilir. Həmin aritmiyalar zamanı ürək anidən dayana bilər. Ümumiyyətlə, energetik içkilərin 18 yaşadək içilməsi məsləhət deyil. /lent.az