Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evdən iki metrlik ilan çıxdı - FOTO

  • 2025.06.28 23:16
  • 165 Baxış
Evdən iki metrlik ilan çıxdı -  FOTO

Türkiyədə Elazığın Palu rayonunda bir evdə qəflətən peyda olan iki iri ilan həm ev sakinləri, həm də ətrafdakılar arasında təşviş yaradıb.

Medicina.az xəbər verir ki, evdəkilər dərhal çölə çıxıb.

Mobil telefon kamerasına düşən görüntülərdə təxminən 2 metr uzunluğunda ilanların yerdən çıxaraq evin döşəməsi ilə hərəkət etdiyi görünür.

Kadrları izləyənləri ilanların böyüklüyü təəccübləndirib.

İlanların haradan peyda olduğu hələ məlum olmasa da, məhəllə sakinləri oxşar vəziyyətin yenidən baş verəcəyindən narahat olduqlarını bildiriblər.

Səlahiyyətlilər ərazidə araşdırma başladıb.



Aygün
Medicina.az