Qadınlar üçün ilk - Ağıllı seks-robot hazırlandı

  • 12 Dekabr, 2018
  • 20517 Baxış
Qadınlar üçün ilk - Ağıllı seks-robot hazırlandı
"Realbotix” kompaniyası ilk dəfə olaraq kişi görkəmli seks-robotlar istehsal edib.  

Medicina.az xəbər verir ki, model Henri adını daşıyır. İstehsalçılar bildirirlər ki, robot söhbət edə, hətta zarafatlaşa bilir. Alıcılar onun xarici görünüşünü dəyişə, penisin uzunluğunu 28 sm-ə qədər uzada bilərlər. Henridən əlavə Maykl, Mik və Neyt adlarında daha 3 model var. 

«Biz qadınlar üçün yalnız seks partnyoru, deyil həm də onların söhbət edə biləcəkləri bir robot icad etmişik», - deyə "Realbotix” şirkətinin təsisçisi Met Makmellen bildirib.  

Onun sözlərinə görə, Henri danışığa qulaq asa və söhbətləri yadında saxlaya bilər. Seks-robotun qiyməti 10 000 dollar civarındadır.

Qeyd edək ki, 2018-ci ilin əvvəlində "Realbotix” şirkəti  ilk dəfə satışa Harmoni adlı seks-robot çıxartmışdı. Bu robot qadına bənzəyir və danışmaq, gülümsəmək, hətta göz vurmağı bacarırdı. Onun səsi və emosiyalarını mobil telefon vasitəsilə idarə etmək mümkün idi. 

Keçən ilin yanvar ayında isə xəbər verilmişdi ki, "Realbotix” şirkəti qadın görünüşlü, amma penisə malik robot-transgender istehsal etməyi planlaşdırır.