Koronavirusun altıncı dalğası başlayıb?

  • 2025.09.25 09:27
  • 83 Baxış
Koronavirusun altıncı dalğası başlayıb?


Koronavirusun altıncı dalğasının səngiməsi gözlənilir. Bəli, səhv eşitmədiz, koronavirus dalğaları hələ də davam edir.


“Medicina” xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Nikolay Malışev süni intelekt tərəfindən tərəfindən hazırlanmış koronavirusun altıncı dalğası ilə bağlı proqnozu qiymətləndirib.

Buraya optimist və pessimist də daxil olmaqla üç ssenari daxildir.

Neyroşəbəkə Rusiyada koronavirusun altıncı dalğasının necə inkişaf edəcəyi ilə bağlı üç proqnoz təqdim edib.

Professor Nikolay Malışev qeyd edib ki, bütün ssenarilərdə dalğanın tam olaraq nə vaxt pik həddə çatacağı və nə vaxt səngiyəcəyi ilə bağlı bəzi uyğunsuzluqlar var.

Mütəxəssislər Rusiyada xəstələnmə nisbətindəki dalğalanmaları diqqətlə izləyirlər. Bir müddət əvvəl gündəlik yoluxmaların sayı 50 000-ə çatdı, sonra azalmağa başladı. Lakin dünən bu halların sayı yenidən 50 mini keçib. Beləliklə, dalğa hazırda, necə deyərlər, yəni nə yüksəlir, nə də enir.

Bununla belə, Nikolay Malışev dalğanın bu ay pik həddə çatacağına inanır.

Bundan sonra COVID-19-un Rusiya əhalisinə hücumu azalmağa başlayacaq. Yeddinci dalğanın baş verib-verməyəcəyi hələ məlum deyil, çünki yeni koronavirus mutasiyaları şəklində yeni potensial sələflər hələ müəyyən edilməmişdir. Ancaq hər şey ola bilər.

Aygün Musayeva
medicina.az