734 nəfər daun sindromu diaqnozu ilə qeydiyyatda olub

  • 2019.07.27 13:07
  • 5845 Baxış
734 nəfər daun sindromu diaqnozu ilə qeydiyyatda olub
2018-ci ildə Azərbaycanda 110 nəfərdə ilk dəfə qoyulmuş diaqnozla daun sindromu qeydə alınıb. Medicina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. 2018-ci ilin sonuna olan məlumata əsasən, müalicə-profilaktika müəssisələrində daun sindromu diaqnozu ilə 734 nəfər qeydiyyatda olub. Onlardan 561 nəfəri 0-13 yaş qrupuna, 87 nəfəri 14-17 yaş qrupuna, 43 nəfəri 18-29 yaş, 43 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.