Bir ürəyi olan siam əkizləri doğuldu

  • 2019.07.05 09:35
  • 4768 Baxış
 Bir ürəyi olan siam əkizləri doğuldu
Hindistanın Odişa ştatında bir ürəyi olan siam əkizləri dünyaya gəlib. Medicina.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, əkiz bacıların döş qəfəsi və qarın nahiyyəsi bitişikdir. Hazırda xüsusi həkim briqadası analizlər aparır. Vəziyyətləri yaxşı olmayan körpələrin oksigen çatışmazlığı var. Əkizlər 4,3 kiloqram çəkidə doğulublar.