Bu il qripə yoluxma halları ötən ildən 34% azalıb

  • 2019.07.03 14:55
  • 4586 Baxış
Bu il qripə yoluxma halları ötən ildən 34% azalıb
Ötən illə müqayisədə bu il ölkəmizdə qripə yoluxma hallarının sayı azalıb.  Medicina.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. Onun dediyinə görə, ötən il qripə yoluxma halları daha çox müşahidə olunurdusa, bu ilin beş ayı ərzində cəmi 113 nəfərdə qrip virusu qeydə alınıb: ”Keçən ilin qış aylarında mövsümlə əlaqədar kəskin respirator virus infeksiyalarının artımı müşahidə olunurdu. Hətta bu ilin beş ayının göstəricilərini keçən ilin müvafiq dövrü ilə müqayisə edəndə 3,4 faiz azalma olduğu məlum olur. Apreldən başlayaraq isə ölkəmizdə qripə yoluxma halları qeydə alınmayıb”. (AZƏRTAC)