Ocaqlı saç tökülməsi, keçəlləşmə - Səbəbi və çarəsi

  • 2018.03.26 16:51
  • 112520 Baxış
Ocaqlı  saç tökülməsi, keçəlləşmə -  Səbəbi və çarəsi
Ocaqlı, yuvalı saç tökülməsi Alopesiya - istər kişilər, istər qadınlar, son zamanlar uşaqları da narahat edən problemdir. Bu zaman başda oval və dairəvi ocaqlar yaranır ki, orda kəskin saç tökülməsi baş verir. Ocaqlı saç tökülməsinin bir neçə səbəbi var: autoimmun, nevroloji, irsi. 


Orqanizm bu hallarda tük follikulunu özünə yad bir cisim kimi qəbul edərək, onu kənarlaşdırır. 


Ona görə bu tökülmələrdə mütləq nevropatoloq müalicəsi olunmalıdır, yanaşı olaraq həkim trixoloqun müalicəvi prosedurları aparılmalıdır. 

Bioloji Təbabət klinikasının həkim kosmetoloqu Vəfa Yəhyazadə xüsusi bioloji preparatlardan istifadə olunmaqla ocaqlı keçəlləşmənin müalicəsindən danışdı:


"Stress fonunda baş verən ocaqlı tökülmələrdə həkim kosmetoloq tərəfindən plazmaterapiya, mezoterapiya prosedurları həyata keçirilir. Bizim klinikada Almaniya istehsalı bioloji preparatlar keçəlləşmə nahiyəsinə lokal olaraq yeridilir. Bu metodla nəinki ocaqlı tökülmə, hormonal, diffuz, genetik tökülmələrdə yaxşı effekt verir. Preparatlar hər pasiyentin probleminə uyğun seçilir. Dəfələrlə olub ki, digər yerlərdə dəfələrlə mezetepiya etdirən və ya trixoloq müalicəsi alan pasiyentlərdə qısa müddətə yaxşılaşma olurdu, sonradan yenidən tökülmə davam edirdi. Belə xəstələrdə mütləq səbəb tapılmalıdır. Belə bir pasiyentin birində biz qalxanvari vəzidə normadan aşağı pozğunluq aşkar etdik, biopsiyaya göndərildi. Yanaşı olaraq endokrinoloq müalicəsi də alırdı”.


Həkim saçı seyrəkləşən, zəifləyən və ya mövcud saçlarının vəziyyətini yaxşılaşdırmaq istəyənlər üçün də çıxış yolunun olduğunu bildirdi:

 


" Yerli qan dövranını yaxşılaşdırmaq üçün xüsusi mezoterapiya, darsonval müalicəsi aparılır. Kişilərdə də dazlaşmanı, keçəlləşməni saxlamaq üçün həkim dermatonevroloq müalicəsi aparılır. Ümumiyyətlə, gündə müəyyən miqdar saç tökülməsi normaldır. Əgər tökülən saçlar bərpa olmursa, artıq patologiyadan şübhələnmək və həkimə müraciət etmək lazımdır”

 



Bizimlə əlaqə:

Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Ocaqlı  saç tökülməsi, keçəlləşmə -  Səbəbi və çarəsi
Ocaqlı  saç tökülməsi, keçəlləşmə -  Səbəbi və çarəsi