Hipertermiya müalicəsi: Xərçəng və immunitet üçün təkmilləşdirilmiş terapiya-VİDEO

  • 2026.04.02 12:02
  • 109 Baxış
Hipertermiya müalicəsi:  Xərçəng və immunitet üçün təkmilləşdirilmiş terapiya-VİDEO

Hipertermiya müalicəsi nədir?

Hipertermiya xüsusi tibbi cihazlar vasitəsilə bədənin və ya xərçəng xəstəliyi olan nahiyənin temperaturunu tam tibbi nəzarət altında ~38,5–43,0°C aralığında yüksəldən prosedurdur. Bu temperaturun yüksəlməsi:

• Şiş hüceyrələrini istilik stressinə məruz qoyur.
• Şiş toxumasında qan dövranını artıraraq xərçəng əleyhinə dərmanların hədəfə çatmasını asanlaşdırır.
• Xərçəng əleyhinə müalicələrin (kimyaterapiya, immunoterapiya, süa müalicəsi) təsirini gücləndirir.
• İmmun sistemin şiş hüceyrələrini tanımasını asanlaşdırır.

Prosedur tam tibbi nəzarət altında və Alman klinikaları standartları üzrə həyata keçirilir.



Hipertermiya növləri

1. Lokal hipertermiya
• Şiş toxumalarını 40–45°C qədər isidərək xərçəng hüceyrələrini öldürmək və ya kimyaterapiya/radioterapiya üçün həssas hala gətirmək məqsədilə tətbiq olunur.
• Sağlam toxumalara zərər vermədən, yalnız şiş olan nahiyəyə uyğun cihazlarla qızdırılır.
• Son zamanlar xərçəng müalicəsini gücləndirən tamamlayıcı üsul kimi geniş istifadə olunur.

2. Regional hipertermiya
• Dərin yerləşən şiş olan müəyyən bölgənin 43–45°C aralığında qızdırılması üsuludur.
• Dərin hipertermiya xərçəng müalicəsində tək başına və ya kimyaterapiya/radioterapiya ilə birlikdə tamamlayıcı müalicə kimi istifadə olunur.

3. Ümumi bədən hipertermiyası
• Bədən temperaturunu 38,5–41,5°C qədər qaldırmaqla aparılır.
• Əsasən metastazlı və irəliləmiş xərçəng xəstəliyində istifadə olunur, kimyaterapiya, immunoterapiya və şüa müalicəsinin təsirlərini əhəmiyyətli dərəcədə gücləndirə bilir.
• Tamamlayıcı müalicə kimi tətbiq olunur.


Hansı xəstəliklərdə istifadə olunur?

• Lokal və regional hipertermiya: xərçəng xəstəliyi müalicəsində.
• Ümumi bədən hipertermiyası: xərçəng xəstəliyindən əlavə, bəzən xroniki iltihabi xəstəliklər, immun sisteminin zəifliyi və digər hallarda istifadə olunur.
Hər bir pasiyent üçün hipertermiya tətbiqi həkim tərəfindən fərdi şəkildə qərarlaşdırılır.

Prosedurun keçirilməsi

• Prosedur həkimin təyin etdiyi hipertermiya növündən asılı olaraq aparılır.
• Bütün bədən və ya müəyyən nahiyə qızdırılır.
• Ümumi bədən hipertermiyası zamanı pasiyent xüsusi isidilən kamerada uzanır və bədən müəyyən temperatur səviyyəsinə çatana qədər qızdırılır.
• Prosedur zamanı pasiyentin vacib həyat funksiyaları daimi tibbi monitorinq altında olur.


Hər pasiyent üçün uyğundurmu?

• Xeyr. Hipertermiya hər kəs üçün uyğun olmaya bilər.
• Prosedurdan əvvəl həkim pasiyentin:
- Xəstəlik tarixçəsini
- Yanaşı gedən xəstəlikləri
- Aparılan digər müalicələri
- Ümumi sağlamlıq vəziyyətini
qiymətləndirərək qərar verir.

ÜBH (Ümumi Bədən Hipertermiyası) proseduru nə qədər davam edir?
WBH (Whole Body Hyperthermia) proseduru adətən 2–3 saat davam edir.

Bu müddətə:
- hazırlıq mərhələsi
- bədən temperaturunun mərhələli artırılması
- bərpa (soyuma) dövrü daxildir.
Prosedur boyunca pasiyent daimi tibbi nəzarət altında olur.

Hipertermiya ağrılı prosedurdurmu?

Xeyr. WBH hipertermiya qeyri-invaziv və ağrısız prosedur hesab olunur.
Pasiyentlər adətən bu prosesi sauna tipli xoş istilik hissi kimi təsvir edirlər.

Hipertermiya təhlükəsizdirmi?

Müasir tibbi avadanlıq və təcrübəli həkim nəzarəti altında aparıldıqda hipertermiya təhlükəsiz müalicə üsulu sayılır.

Klinikamızda ÜBH proseduru yüksək texnologiyalı Heckel HT 3000 sistemi ilə həyata keçirilir.

Bu texnologiya prosedur zamanı:


- temperaturun dəqiq tənzimlənməsinə
- pasiyentin vacib həyat göstəricilərinin dəqiq monitorinqinə
- təhlükəsiz müalicə prosesinə imkan yaradır.

Neçə seans lazımdır?

Hipertermiya seanslarının sayı hər pasiyent üçün fərdi şəkildə müəyyən edilir və aşağıdakı amillərdən asılıdır:
• diaqnoz
• ümumi sağlamlıq vəziyyəti
• tətbiq olunan müalicə planı

Əksər hallarda müalicə fərdi proqram əsasında aparılır.

Temperaturun bioloji təsirləri

Temperaturun yüksəlməsi, yəni qızdırma, immun sisteminin aktivləşməsi ilə əlaqədardır. Bədən temperaturu qalxdıqca, həm orqanizmdə, həm də şiş toxumalarında müxtəlif bioloji proseslər baş verir. Elmi tədqiqatlar göstərir ki, hipertermiya zamanı orqanizmdə aşağıdakı proseslər baş verir:

✔️İmmun sistemi aktivləşir:
Temperaturun yüksəlməsi T-limfositlət, NK hüceyrələri və digər immunokomponent hüceyrələrin fəaliyyətini stimullaşdıra bilir. Bu proseslər baş verdikdə immun sisteminin patoloji hüceyrələrə qarşı reaksiyası güclənir.

✔️ Hüceyrənin istilik stress reaksiyaları:
Yüksək temperatur hüceyrələrdə istilik şoku zülalları (heat shock protein) adlanan qoruyucu zülalların istehsalını artırır. Bu zülallar immun sisteminin şiş antigenlərini tanımasına kömək edə bilir.

✔️ Xərçəng mikromühitinə təsir:
Əksər xərçəng toxumalarında qan dövranı zəifdir və oksigen çatışmazlığı var. Temperaturun yüksəlməsi şişlərin lokal qan dövranını yaxşılaşdırır və xərçəng toxumasında metabolik dəyişikliklərə səbəb olaraq hüceyrələrinin məhvinə gətirib çıxara bilir.

Xərçəng hüceyrələrinin temperatur həssaslığı

Araşdırmalar göstərir ki, bəzi şiş hüceyrələri temperatura normal hüceyrələrə nisbətən daha həssasdır. Bunun əsas səbəbləri:

- şiş hüceyrələrinin metabolizmin fərqli olması
- oksigen çatışmazlığı
- hüceyrə strukturunun temperatur dəyişikliklərinə daha həssas olması

Bu xüsusiyyətlərə görə hipertermiya bəzi hallarda şiş hüceyrələrinin zədələyərək məhv edən faktor kimi çıxış edir.


Hipertermiya və digər onkoloji müalicələr


Müasir onkologiyada Hipertermiya xərçəng xəstəliyinin kombinə olunmuş müalicə strategiyasının bir hissəsi kimi araşdırılır və tətbiq olunur.
Elmi tədqiqatlar Hipertermiyanın aşağıdakı müalicələrlə birlikdə mümkün sinergik effektlərini öyrənir. Nəticələr ümidvericidir.

Kimyaterapiya ilə birlikdə tətbiq


Bədən temperaturunun yüksəlməsi şiş toxumalarında qan dövranını artırır və buda bəzi dərmanların xərçəng toxumalarına yaxşı nüfuz etməsini və müalicəvi təsirinin artırmağa kömək edə bilir.

Radioterapiya ilə birlikdə tətbiq

Hipertermiya hüceyrələrin radiasiya həssaslığını artırıraq radioterapiyanın təsirini gücləndirə bilir.
İmmunoterapiya ilə birlikdə tətbiq
Temperaturun yüksəlməsi immun sistemini aktivləşdirdirdiyi üçün Hipertermiya immunoterapiya ilə birlikdə də də tətbiq olunur və immunoterapiyanın təsirini gücləndirir.

Hipertermiya və fərdi müalicə planını müəyyən etmək üçün İnteqrativ Tibb həkimi ilə məsləhətləşmək vacibdir.

Dr. Niftəliyeva Rəna
Onkoloq-mammoloq, İnteqrativ Tibb mütəxəssisi

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89
Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında