Önümüzdəki illərdə xərçəng ürək-damar xəstəliklərini üstələyib, ölümün əsas səbəbi kimi göstəriləcək.
Medicina.az xəbər verir ki, bu barədə Beynəlxalq Xərçənglə Mübarizə İttifaqının direktorlar şurasının üzvü Mira Kaleffi danışıb.
Onun sözlərinə görə, xərçəng artıq dünyada ölümün əsas səbəblərindən biri olsa da, 2030-cu ilə qədər ürək-damar xəstəliklərindən ölüm hallarını üstələyəcəyi proqnozlaşdırılsa da, bir çox ölkələrdə hələ də xərçənglə mübarizə aparmaq üçün lazımi proqram yoxdur.
Bu, nəticə etibarilə uzunmüddətli perspektivdə problemi daha da ağırlaşdırır.
Həkim qeyd etdi ki, inkişaf etmiş ölkələrdə strukturlaşdırılmış xərçəng müalicəsi sistemləri, mütəşəkkil proqramlar və avadanlıqla təchiz olunmuş daha çox sayda ixtisaslaşmış mərkəz mövcuddur ki, bu da ölüm hallarının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır.
Kaleffi vurğulayıb ki, xərçəng diaqnozu və müalicəsinə bərabər çıxış növbəti bir neçə onillikdə böyük bir problem olacaq.
Buna görə də xərçəngin qarşısının alınması strategiyalarına təcili ehtiyac var.
Aygün Musayeva