Türk klassik musiqisinin əfsanəvi adı Muazzez Abacı infarkt keçirdi. Məşhur sənətçiyə stent qoyulduğu və  müalicəsinin xəstəxanada davam etdiyi açıqlandı. 
“Medicina” xəbər verir ki, bəstəkar Seda Akay Abacının səhhətinin yaxşılaşdığını açıqlayıb. 
"Allaha şükür, müalicəsi normal palatada davam edir".
Səhhətindəki problemlərə görə bir müddətdir çıxışlarından uzaq qalan Muazzez Abacı, təxminən dörd ildir ki, psixiatr olan qızı Saba Abacı ilə birlikdə ABŞ-da yaşayır. Sənətçinin infarktdan sonra müdaxilədən sonra vəziyyətinin yaxşı olduğu bildirilir.
Aygün Musayeva