Bioloji təbabəti türkəçarə ilə səhv salmayın! – “Bu üsulla əlil arabasındakı xəstəni ayağa qaldırmışıq”

  • 2018.02.03 16:43
  • 30476 Baxış
Bioloji təbabəti türkəçarə ilə səhv salmayın! –  “Bu üsulla əlil arabasındakı xəstəni ayağa qaldırmışıq”
Son zamanlar özünəməxsus müalicə metodları ilə gündəmə gələn Bioloji Təbabət klinikasının adı bəlkə də çoxlarını çaşdırır. Güman edirlər ki, əgər adı Bioloji Təbabətdirsə burda xalq təbabəti üsulları ilə müalicə olunur, türkəçarə edilir, ot-bitki reseptləri  yazılır. Əslində isə Bioloji Təbabət müasir müayinə və müalicə klinikasıdır ki, onun analoqu Avropada, ABŞ-da da var. Sadəcə insanlarımız klinikalara ingilis adları terminləri qoyulmasına o qədər öyrənib ki, "medi” sözünün qarşılığının dilimizdə təbabət, tibb olduğunu unudub.


Medicina.az saytının əməkdaşı Bioloji Təbabət klinikasının baş həkimi Gülnar Quliyeva ilə bu mözvu ətrafında söhbətləşib:


-Gülnar xanım, klinika üçün niyə məhz Bioloji Təbabət adını və məhz bioloji tənzimləyici müalicə yolunu seçdiniz?

-Biotənzimləyici təbabətin metodikası orqanizmin tarazlığı pozulmuş biosistemlərinin bərpası ilə məşğul olduğundan "bioloji” sözü mütləqdir. Bu kimi klinikalar dünyada mövcuddur və hər birinin adı bioloji təbabətdən qaynaqlanır və bu qətiyyən xalq təbabəti deyil. 

Biotənzimləyici sistemli təbabət çox perspektivli sahədir, getdikcə inkişaf edir, sübut olunmuş elmi tədqiqat bazasına söykənir. Pasiyentin sağlamlığının bərpası, qorunması sayəsində həkimlərin imkanlarını xeyli artırır. Ona görə bizim klinikada bütün arzu edən digər həkimlər də bioloji təbabətin sirlərini öyrənə bilir. Onlar müalicələrində akademik, klassik müalicə ilə yanaşı biotənzimləyici yanaşmadan da istifadə edir. Biz müntəzəm olaraq xaricdən mütəxəssislər dəvət edirik.

Xüsusi texnologiya ilə hazırlanmış Almaniya istehsalı biotənzimləyici preparatlardan və homeopatik dərmanlardan istifadə edirik. 

Öz praktik fəaliyyətində uğur, pasiyentlərin inamını qazanmaq istəyən həkim biotənzimləyici terapiyanı bilməlidir. Hazırda Bakıda, Sumqayıtda, Goyçayda klinikalarımız fəaliyyət göstərir. Yaxın gələcəkdə Masallıda Bioloji Təbabət klinikası açılacaq. 


-Akademik, yəni bildiyimiz tibbi müalicədən sizin fərqiniz nədədir ki, yüksək nəticələr alırsınız? Niyə xəstələr bioloji yolla müalicə almalıdır?

-Bilirik ki, insan orqanizmi bir sistem olaraq fəaliyyət göstərir. Akademik tibbdə isə sistemlər ayrılır, orqanlar ayrılıqda müalicə olunur: mədə-bağırsaq, ürək, böyrəklər, hər profil üzrə həkim öz sahəsini müalicə etməyə çalışır. Bioloji təbabətdə isə orqanizmə vahid sistem kimi yanaşıldığından, müalicə də bütün sistemi əhatə edir.  Məsələn: akademik müalicədə həzmi yaxşılaşdırmaq üçün mədəaltı vəz fermentləri yazılır, bu müalicədə kənardan ferment gəldiyi üçün mədəaltı vəz tənbəlləşir, getdikcə zəifləyir. İnsan preparatdan asılı olmağa başlayır. Amma bioloji təbabətdə elə müalicə yazılır ki, mədəaltı vəzinin öz funksiyası, ferment ifrazı bərpa olunsun. Biotənzimləyici preparatların dozası orqanizmin potensialına, tələbatına uyğun verilir. Artıq doza olmadığından orqanizm yüklənmir, əlavə təsirləri olmur. 


-O zaman sizə daha çox akademik təbabətdən, yəni digər klinikalarda effektiv müalicə almayan, belə deyək, ağır dərmanlarla yüklənmiş xəstələr gəlir. Onları müalicə etmək çətin olmur ki?

-Bəli, bu bir faktdır. Biz də akademik təbabəti öyrənmişik və bu sahədə işləmişik, qətiyyən ona qarşı çıxmırıq.  Akademik təbabətdə hazır protokollar var. Xəstə böyrəyindən şikayət edirsə, standart müayinələr, analizlər təyin olunur, hazır protokollarla sxemə uyğun dərmanlar yazılır. Həkim xəstəyə fərdi yanaşa bilmir. Orqanizm bu müalicəyə necə reaksiya verəcək, sağalacaqmı, artıq bu xəstədən asılıdır. Düzdür, kəskin xəstəliklərdə, reanimasiya tədbirlərində mütləq kimyəvi dərmanlar tətbiq olunmalıdır. Amma sonra xəstənin bərpasında biotənzimləyici təbabət və dərmanlar seçilməlidir. Bizim klinikamıza hətta xarici ölkələrə gedib, effekt görməyən xəstələr gəlir. Onlar xroniki xəstəliklərlə mübarizə aparır. Orqanizmin drenaj sistemi pozulubsa, o xəstənin akademik üsulla müalicəsinin effekti olmayacaq. Çünki drenaj sistemi çalışmayan orqanizmdə toksinlər xaricə çıxmayıb daxildə qalacaq və bütün zərərli toksinlər hüceyrəarası sahələrdə yığılacaq. Davamlı çirklənməyə məruz qalmış  orqanizmdə xroniki xəstəliklər başlayacaq. Hətta elmi sübut olunub ki, orqanizmin çirklənməsi, zəhərlənməsi xərçəngə gətirib çıxarır. 


-Xərçəng xəstələrinə bioloji təbabətin köməyi necədir? 

-Xərçəng xəstələri də bizə müraciət edir. Əməliyyat olunsalar da, kimyaterapiya alsalar da, orqanizmin bərpa olunması üçün biotənzimləyici terapiya mütləqdir. Çünki kimya və şüa terapiya sağlam hüceyrələrə də təsir edir, immun sistemini sarsıdır, qaraciyəri yükləyir. Yaxşı olar ki, onkoloji xəstələr kimyaterapiyadan öncə və sonra biotənzimləyici müalicələr alsınlar. Bununla onların orqanizmi tez bərpa olacaq, təmizlənəcək, həyat şəraitləri yaxşılaşacaq. Bizim bu gün də müalicələrini davam etdirən, özlərini çox yaxşı hiss edən, normal iş və həyat tərzinə qayıdan onkoloji pasiyentlərimiz var. 


-Bioloji Təbabət klinikasının imza atdığı möcüzələrdən nələri xüsusi qeyd bilərsiniz?

-Allergiyalar, bronxial astma, atopik dermatitlər, artrozlar, revmatizm, şəkərli diabeti olan xəstələrinin trofik xoraların müalicəsində çox böyük uğurlarımız var. Ayağı kəsilmək üzrə olan şəkərli diabet xəstələrinin ayağını sağaltmışıq. Əməliyyat istəməyən pasiyentlərimiz olub ki, onları müalicə etmişik. Onurğa sütünunun bütün patologiyalarını – protruziyadan, skoliozdan tutmuş yırtıqlara kimi müalicə edirik. Klinikada müasir fizioterapiya şöbəsi və müxtəlif müalicə üsulları var: osteopatiya, izopatik terapiya, akupunktura, autohemoterapiya.

Bizə əlil arabasında gəlib, öz ayaqları ilə klinikadan çıxan xəstələrimiz olub. Son zamanlar onurğa problemləri, onurğada yırtıqlar, fəqərələrarası disk pozulmaları geniş yayılıb. Bizdə əməliyyatsız yırtıqlar kiçildilir, xəstənin normal hərəkəti bərpa olunur, ağrısız həyatına davam edir. 

Amma istərdik ki, insanlar ağır vəziyyətdə yox, normal vəziyyətdə olarkən profilaktka məqsədilə bioloji təbabət üsulları ilə müalicə olunsunlar. Əgər vaxtında biotənzimləyici preparatlar qəbul etsələr şəkər, ürək-damar, hətta xərçəng kimi xəstəlikləri önləyə bilərlər.

Düzdür, genetik faktorları da istisna etmək olmaz, amma bu o demək deyil ki, genlərdə varsa şəkərli diabet və ya xərçəng xəstəliyi qaçılmazdır. Hər insan qida ilə, streslə, elektromaqnit dalğası ilə yüklənərək, orqanizmini çirkləndirir. Ona görə 1-2 ildən bir detoksikasiya vacibdir. Xüsusən valideynlər uşaqlarını körpə yaşlarından ağır dərmanlar, antibiotiklərlə yükləməsinlər, daha zərərsiz biotənzimləyici metodlar seçsinlər. Uşaq orqanizmi ilə işləmək də asandır. Onlarda kiçik bir təsirlə orqanizm özü müalicəyə başlayır. Hətta bizdə bioloji peyvənd deyilən peyvəndimiz var. Bu peyvəndi uşaqlara vurduqda, onlar yayılmış virus xəstəliklərinə qarşı davamlı olur, yoluxmurlar. Orqanizmləri güclənir. Bioloji peyvənd özümüz tərəfindən hazırlanır, preparatlar Almaniya istehsalıdır.


-Deməli, demək olar hər gün bir möcüzəyə imza atırsınız?

-Bəli, bizdə diaqnozu tapılmayan xəstəliklər aydınlaşdırılır və çətin yaxud akademik təbabətdə müalicəsi olmayan xəstəliklər  müalicə olunur. İnsan orqanizmi yaradılışdan özü-özünü tənzimetmə, sağaltma və bərpa etmək qabiliyyəti var. Bioloji təbabət müalicə üsulları ilə insan orqanizmində bu qabiliyyəti yenidən işə salır. Bizim möcüzələrimiz aparılan müalicə nəticəsində - sağalan xəstələrimizdir. Onlar və ailələri bu möcüzəni görür, yaxınlarına danışır, digərləri də eşidir. Ən yaxşı reklam da elə xəstələrimizin özüdür. Biz həkimlər isə bu möcüzələrin sadəcə canlı şahidləriyik. Bioloji təbabət özü bir möcüzədir.

 

 



 Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında


•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

 


Bioloji təbabəti türkəçarə ilə səhv salmayın! –  “Bu üsulla əlil arabasındakı xəstəni ayağa qaldırmışıq”