Payızda ürək üçün ən faydalı meyvə

  • 2025.10.22 15:54
  • 253 Baxış
Payızda ürək üçün ən faydalı meyvə


Ürək üçün faydalı olan payız meyvəsinin adı açıqlanıb.


“Medicina” xəbər verir ki, qastroenteroloq Yevgeni Belousov xurmanın tərkibində ürək-damar sağlamlığını dəstəkləyən kalium, maqnezium və antioksidantların olduğunu bildirib.


"Xurma normasında yedikdə, bədənə əhəmiyyətli faydalar verən meyvədir. Onun antioksidant və vitamin potensialı çatışmazlıq hallarının qarşısını almaq və ümumi sağlamlığı qorumaq üçün əla seçimdir. Bununla belə, fərdi xüsusiyyətləri nəzərə almaq və xüsusilə yetişməmiş halda həddindən artıq istehlakdan qaçınmaq lazımdır.

Böyüklər üçün tövsiyə olunan porsiya gündə 1-2 ədəddir, , kəsmik, qoz-fındıq və ya əsas yeməkdən sonra desert kimi yeyilə bilər”.

Xurmanın tərkibində A, C və B vitaminləri, kalium, maqnezium və kalsium, həmçinin normal həzmi təşviq edən, sağlam bağırsaq florasını qoruyan və xolesterin səviyyəsini idarə etməyə kömək edən çoxlu miqdarda lif var.

"100 qr xurmanın tərkibində 160-180 mq-a qədər kalium var. Bu mineral su-duz balansını tənzimləyir, ürək və əzələlərin normal fəaliyyətini dəstəkləyir".

Xurma həmçinin orta, lakin asanlıqla həzm olunan miqdarda maqnezium, kalsium, dəmir və manqan ehtiva edir. Bundan əlavə, meyvə antioksidantlarla zəngindir - taninlər, katexinlər və antosiyaninlər - xüsusilə xurmanın büzücü növlərində boldur.

Bu maddələr antiinflamatuar, antimikrobiyal və potensial antitümör xüsusiyyətlərə malikdir. Və onların hamısı ürək-damar sağlamlığını dəstəkləmək üçün vacibdir”.

Aygün Musayeva