Sabah 25 dərəcə isti olacaq

  • 2019.10.28 13:16
  • 4858 Baxış
Sabah 25 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu ,nisbi rütubət gecə 75-88, gündüz 55-65 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz
keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman
olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 29-30-da
Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın
temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün
əlverişlidir.