10 gündə 9 nəfəri ilan sancıb

  • 13 İyul, 2019
  • 1942 Baxış
10 gündə 9 nəfəri ilan sancıb
İyulun birinci ongünlüyündə ilansancma ilə əlaqədar 9 nəfər tibbi yardım almaq üçün Bakı şəhər Kliniki Tibbi Mərkəzə müraciət edib.

Medicina.az
xəbər verir ki, bu barədə Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

Onun dediyinə görə, toksikologiya şöbəsində apreldə 6, mayda 21, iyunda isə 26 nəfər ilansancma ilə əlaqədar müalicə alıb. Mərkəzə üz tutan 62 zərərçəkənin hamısı sağalaraq evə qayıdıb. Təəssüf ki, regionlarda həmin hadisədən zərərçəkənlər arasında 4 ölüm hadisəsi qeydə alınıb.

İlansancma hadisəsinə Bakının Xəzər və Qaradağ rayonlarında, ölkəmizin isə aran bölgələrində daha çox rast gəlinir.