120 nəfər sudan zəhərləndi

  • 2019.07.09 09:26
  • 3928 Baxış
120 nəfər sudan zəhərləndi
Türkiyənin Gümüşxane vilayətində 120 nəfər sudan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Medicina.az-ın məlumatına görə, vilayətin bəzi kənd sakinləri zəiflik, sancı, ürəkbulanma, qusma, diareya, baş ağrısı və tərləmə şikayəti ilə xəstəxanaya müraciət ediblər. 3 gün müddətində xəstəxanaya müraciət edən 120 nəfər ambulator müalicəyə buraxılıb.
Vilayətin səhiyyə işçiləri tərəfindən aparılan ilkin araşdırmalara görə, suda bağırsaq basili və koliform bakteriyaları aşkar edilmişdir.

 

 

120 nəfər sudan zəhərləndi