Alimlər diş yetişdirməyin yolunu tapıblar – YENİ HÜCEYRƏLƏR TAPILDI

  • 2019.06.29 14:38
  • 10298 Baxış
Alimlər diş yetişdirməyin yolunu tapıblar  – YENİ HÜCEYRƏLƏR TAPILDI
Rusiya və Yapon alimləri diş toxumasının inkişafı üçün zəmin yaradacaq hüceyrələr aşkar ediblər. Medicina.az "RİANOVOSTİ"yə istinadən xəbər verir ki, yeni kəşf olunan hüceyrələr gələcəkdə yeni dişlərin yetişdirilməsi üçün istifadə oluna bilər. Hüceyrə və molekulyar neyrobiologiya  laboratoriyasının böyük elmi işçisi İvan Reva  bildirib ki, kök hüceyrələrindən dişlərin böyüməsi üçün cəhdlər nəticəsini verir. Onun sözlərinə görə, hazırda elm adamlarının dişlərin inkişafının tam prosesi barədə kifayət qədər bilikləri yoxdur. Lakin aşkar olunan hüceyrələrin öyrənilməsi stomatologiyanı yeni səviyyəyə qaldırmağa imkan verəcək.