Qazaxda 3 yaşlı uşaq qaynar qazanın içinə yıxıldı

  • 2019.07.09 15:37
  • 3992 Baxış
 Qazaxda 3 yaşlı uşaq qaynar qazanın içinə yıxıldı

 
Qazax rayonunda 3 yaşlı uşaq yanıq xəsarətləri alıb. Medicina.az-ın məlumatına görə, 2016-cı il təvəllüdlü Ömər Şahmarov ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu olan qazanın içərisinə yıxılıb. O, yaxınları tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Ö.Şahmarovun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.