Qulaq ağrısından əziyyət çəkənlərə - Asan, ucuz vasitələr

  • 16 İyl 2019 17:46
  • 3260 Baxış
Qulaq ağrısından əziyyət çəkənlərə  - Asan, ucuz vasitələr
Qulaq ağrısı ən dəhşətli ağrılardan biridir. Bir çox insan qulağının içində cingilti, uğultu və təzyiq hiss edir, bundan başqa eşitmədə zəiflik yaranır. Bəs qulaq ağrısından xilas edən təbii müalicə üsulları varmı?
 Medicina.az belə reseptlərdən bir neçəsini  təqdim edir.

 

 

 
-    İsi kompres - Həmin nahiyəyə isti kompres qoyun. Bu proses qanın fəaliyyətini nizamlayır, dəridə yaranan zədələnmədən yaranan sızıltını aradan qaldırır. Bir dəsmalı isti suda isladıb sıxın və qulağınızın üstünə qoyun. 5 dəqiqədən bir dəyişib təzəsini qoyun.
Qeyd: istiliyi çox olmasın, yoxsa dərinzi yandıra bilərsiniz.

 

 
-    Sarımsaq - sarımsaqda elə fitonsidlər var ki, onlar insan üçün təhlükəli olan bütün mikrobları, virusları, göbələkləri məhv etməyə qadirdir. Bir diş sarımsağı əzib suyunu çıxardın.Həmin suyu qulağınıza damcıladın (1-2 damcı). Ağrı davam elədiyi müddətcə hər gün iki dəfə istifadə edə bilərsiniz.
 

-    Zeytun yağı - qulaq ağrısını müalicə etməsə də qulaq kanalınızı tıxayan tıxacı yumşaldır. Bunun üçün bir miqdar zeytun yağını ilıq olana kimi qızdırın. 3 damcı olmaqla qulğınızın içinə tökün. 3 dəqiqə müddətində yanı üstə uzanın. Yumşalan kiri rahatlıqla təmizləyə bilərsiniz.

 

-    Soğan – antibakterial təsir edir. Qulağınızda ağrlara səbəb olan mikroorqanizmləri məhv edir. Təzə soğanı doğrayın və bir dəsmala bükün. Qulağınızın üstünə qoyub, 5 dəqiqə gpzləyin. Bu prosesi gündə iki dəfə tətbiq edin.

 

-    Zəncəfil - qulaq kanalını təmizləyir. Ağrıya infeksiya səbəb olubsa, tezliklə sizi bu naratlıqdan xilas edəcək. Ağrı olan qulağınıza 3 damcı zəncəfil suyu  damızdırın. Bir parça pambığı qulağınıza tıxayın. Tamamilə ağrıdan xilas olana kimi hər gün tətbiq edin.

 

 Ayna Mməmmədova

 Medicina.az

 

 
Qulaq ağrısından əziyyət çəkənlərə  - Asan, ucuz vasitələr
Qulaq ağrısından əziyyət çəkənlərə  - Asan, ucuz vasitələr