Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri

  • 2019.10.31 11:52
  • 26186 Baxış
Sinir sıxılması nədir? -  Səbəbləri, əlamətləri

Sinir sıxılması sümüklər, qığırdaq, əzələlər və ya tendonlar kimi ətraf
toxumalar tərəfindən bir sinirə çox təzyiq olunduqda meydana gəlir. Bu təzyiq sinir
funksiyasını pozur, ağrı, qıcıqlanma, yuxululuq və ya zəifliyə səbəb olur.


 



Medicina.az xəbər verir ki, bədəninizin bir neçə bölgəsində sinir sıxışması baş verə bilər. Məsələn,onurğanızdakıyırtıq bir disk sinir kökünə təzyiq göstərə
bilər və ağrının ayağınızın arxasına yayılmasına səbəb olur. Eyni şəkildə, biləyinizdə sıxışmış bir sinir əllərinizdə
və barmaqlarınızda ağrı və uyuşmaya səbəb ola bilər (karpal tunel sindromu).


 


 


 


Sinir sistemimiz beyin, onurğa beyni və periferik sinirlərdən ibarətdir. Periferik
sinirlər bədənimizi hərəkət etdirməyə və hisslərimizi hiss etməyə imkan verir.


 


 


Hansı sinirlər daha çox sıxılmaya məruz qalır? Ən çox yayılmış nevropatiya, biləkdə
median sinirin sıxılması nəticəsində yaranan carpal tunel sindromudur.
Xüsusilə gecə tutan, əlin ilk üç barmağında uyuşma
və qıcıqlanmaya və bəzən güc itkisi səbəbindən
qol ağrısına səbəb ola bilər.


 


 


Başqa bir sinir sıxılması dirsəklərdə olur. Bu zaman dirsəkdən başlayan barmaqlara
qədər uzanan ağrı və uyuşmalar baş verir. Hətta barmaqlarda gücsüzlük özünü
göstərir.


 


 


Son illərdə spazm və boyun əzələlərinin qısalması səbəbindən daha
tez-tez torakal çıxış sindromuna rast gəlirik. Qola gedən
bütün sinirlər boyun əzələləri arasında sıxılıb, sinir şəbəkəsinə və bütün qolda
ağrı və uyuşmaya səbəb ola bilər.


 


 


Sinir sıxılmalarına səbəb nədir?


Sinir uyuşmaları həddindən artıq işlədikdə, diabet, tiroid xəstəlikləri,
müvazinət pozğunluqları və hamiləlik hallarında görülür. Belə ki, təzyiq
altında olan sinir normal işləyə bilmir və müxtəlif şikayətlərə səbəb olur.Sinir impulsunun ən çox uyuşmaları xüsusən də gecələr
baş verir.


 


 


Sinir sıxılmasının əlamətləri hansılardır?


Bu uyşmalar adətən özünü həssaslıq və uyuşma, ağrı, qıqıclanma, boğulma
hissi, əzələlərin zəifləməsi və bükülməsi, əllərdə hərəkətdə çətinliyi kimi əlamətlərlə
biruza verir.

Sinir sıxılması nədir? -  Səbəbləri, əlamətləri
Sinir sıxılması nədir? -  Səbəbləri, əlamətləri