Yemişin tumlarını atmayın - Bir çox dərdin dərmanıdır

  • 2018.06.21 11:12
  • 22315 Baxış
Yemişin tumlarını atmayın -  Bir çox dərdin dərmanıdır
Qarpız və yemiş yayın ən sevimli sərinləşdirici meyvələrindən hesab edilir. Yemişin tumlarını qurutmaq və müxtəlif müalicəvi məqsədlərlə istifadə etmək olar.

 

Bəs yemiş tumlarının hansı faydaları var?

 

Medicina.az sözügedən faydaları təqdim edir:


Prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, kişi cinsiyyət sistemi xəstəliklərinin qarşısını almağa kömək edir. Bu məqsədlərlə tumları qurutmaq, qəhvəüyüdəndə üyütmək və gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul etmək lazımdır.


Bronxları yaxşı təmizləyir, öskürəyi azaldır, xroniki öskürək zamanı kömək edir. Üyüdülmüş tumları 1:8 nisbətində su ilə yaxşı qarışdırın, süzün və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edin.


Qanda şəkərin səviyyəsini tənzimləyir, qurdqovucu təsirə malikdir.