"Atam yeyib-içməkdən imtina edib" - Yalçın Rzazadənin oğlu

  • 2019.07.25 17:06
  • 11390 Baxış
"Atam yeyib-içməkdən imtina edib" -  Yalçın Rzazadənin oğlu
"Atamın səhhətində hələlik heç bir irəliləyiş yoxdur".


Medicina.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyədə müalicə olunan Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə deyib.


Onun sözlərinə görə, atasının müalicəsi davam etdirilir:

"Sistemlər qoşulub, müalicələr öz axarı ilə gedir. Bütün günü həkim nəzarətindədir. Qidalanmasında problemlər var. Bəzən yemək və içməkdən imtina edir. Əməliyyat olunandan sonra da şikayətləri var.

 

Həkimlər deyirlər ki, Yalçın Rzazadə uçuruma gedirdi, biz onu uçuruma düşməkdən xilas etmişik. Sadəcə burada həkimlər əvvəlcədən heç bir məlumat vermirlər. Ona görə də atamın növbəti dəfə əməliyyat olunub-olunmayacağı barədə heç bir məlumatımız yoxdur".